Əmək Məcəlləsinin 240-cı maddəsinə görə hamilə qadının işdən çıxarılması tamamilə qadağandır?
Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etsəniz müəssisəyə böyük məbləğdə cərimə yazılacaq.
Hamilə qadının işdən çıxarılması hətta cinayət məsuliyyəti və ya ciddi inzibati sanksiyalar yarada bilər.
Mənim iş yoldaşımı da ixtisara salmaq istəyirdilər, hamilə olduğunu bildirən kimi dərhal ştatını saxladılar. Qanun çox sərt qoruyur.
Şirkət rəhbərliyi ştatı ixtisar edirsə belə hamilə əməkdaşın ştatı saxlanılmalı və ya başqa vakant vəzifəyə keçirilməlidir.
Qanun hamilə anaların tərəfindədir, narahat olmayın və xəbərdarlıq kağızına imza atmayaraq etirazınızı bildirin.
Əgər sizi məcburi şəkildə işdən çıxararlarsa məhkəmə vasitəsilə dərhal işə bərpa olunacaqsınız və buraxılmış günlər üçün əmək haqqı ödəniləcək.
Əmək Məcəlləsinin 240-cı maddəsinə əsasən hamilə qadınlarla və 3 yaşınadək uşağı olan şəxslərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qəti qadağandır.
Öz ərizənizlə işdən çıxmağınız üçün sizə təzyiq edə bilərlər, qətiyyən heç bir ərizəyə imza atmayın.
Kadrlar şöbəsinə 240-cı maddənin mətni olan rəsmi məktub unvanlayın.
Ərizə yazmağa məcbur etsələr dərhal 142 çağrı mərkəzinə zəng edib bildirin.
İşəgötürən 240-cı maddənin tələblərini bilərəkdən pozursa bu əmək qanunvericiliyinin kobud pozulması sayılır.
Sizin ştatınızı ixtisar etmək hüquqları yoxdur, rahatlıqla işinizə davam edin.
Şirkət rəhbərliyinə hamiləlik haqqında tibbi arayışı rəsmi qaydada təqdim edin. Arayışı alan kimi ixtisar xəbərdarlığını ləğv etməyə borcludurlar.
Müddətli müqavilə olsa bile hamiləlik dövründə müqavilənin müddəti doğuşdan sonrakı məzuniyyətin bitməsinə qədər uzadılmalıdır.
Yalnız müəssisə ləğv edildikdə və ya müddətli əmək müqaviləsinin müddəti bitdikdə istisna hallar ola bilər. Ştat ixtisarı zamanı hamilə qadını işdən çıxarmaq tamamilə qanunsuzdur.