İŞ ELANI
03.09.2026
Yumşaq mebel üçün karkas ustası tələb olunur
Həsənoğlu
Xırdalan
Full time
Nə vaxt yerləşdirilib
03/09/2026
Əmək haqqı
600 - 800
İş təcrübəsi
5 ildən çox
Cins
Fərq etmir
Təhsil
Orta
Yaş həddi
25 - 50
İş haqqında ətraflı
Taxta konstruksiya ustası
Fərdi layihələr əsasında taxta konstruksiyaların hazırlanması və yığılması üzrə çalışacaq, işinə dəqiq və məsuliyyətli yanaşan usta axtarılır.
İş şəraiti
- İş saatları: 08:30–17:15;
- İş müddətində çay və nahar fasiləsi nəzərdə tutulur;
- Ay ərzində 4–5 istirahət günü;
- İllik ödənişli məzuniyyət;
- İşçilər üçün şirkət tərəfindən nəqliyyat xidməti təmin edilir.
Əsas vəzifələr
- Fərdi layihələrə əsasən karkasların hazırlanması və montajını həyata keçirmək;
- Verilmiş ölçülərə uyğun dəqiq və keyfiyyətli məhsul hazırlamaq;
- Texniki çertyojları oxumaq və onlara uyğun işləmək;
- Taxta materialların emalı və konstruksiyaların düzgün yığılmasını təmin etmək;
- İstehsalat sahəsində təmizlik, nizam-intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər
- Şpon, faner, masif ağac və digər taxta materiallarla işləmək bacarığı;
- Ölçü götürmək və texniki çertyoj əsasında işləmək təcrübəsi;
- Elektrik və mexaniki əl alətlərindən düzgün istifadə etmək bacarığı;
- İş prosesində yüksək dəqiqlik və diqqətlilik;
- Məsuliyyətli və intizamlı iş prinsipi;
- Komanda ilə işləmə bacarığı;
- Fiziki cəhətdən sağlam və uzunmüddətli fiziki işə davamlı olmaq.
Qeyd: Namizədin taxta materialların emalı və fərdi layihələr üzrə praktiki təcrübəsi üstünlük hesab olunur.
Müraciət üçün əlaqə vasitəsi: