İŞ ELANI
14 saat əvvəl
Birmarket satışları üzrə operator (xanım, bəy) tələb olunur
Smart Electronics
Bakı
Full time
Nə vaxt yerləşdirilib
14/09/2026
Əmək haqqı
600
İş təcrübəsi
1 ildən az
Cins
Xanım, Bəy
Təhsil
Orta
Yaş həddi
20 - 35
İş haqqında ətraflı
Smart Electronics şirkəti onlayn satış kanallarının idarə olunması istiqamətində fəaliyyət göstərəcək məsuliyyətli və operativ Birmarket satışları üzrə operator axtarır.
Görəcəyiniz əsas işlər:
* Birmarket platforması üzrə məhsul stokunun dəqiq idarə edilməsi;
* Satış və sifariş məlumatlarının operativ şəkildə sistemə daxil olunması;
* Sifarişlərin vaxtında hazırlanıb kuryerlərə təhvil verilməsi və prosesin nəzarətdə saxlanılması.
Sizdən nə gözləyirik?
* Yaş və Cins: 20 – 35 yaş aralığı | Bəy və ya xanım namizədlər (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil, tam ştatlı işdir);
* Təhsil və Təcrübə: Orta təhsil; müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi arzuolunandır;
* Şəxsi keyfiyyətlər: Məsuliyyətli, diqqətli, intizamlı və komandada işləmək bacarığına malik olmaq.
İş şəraiti və təminatlar:
* İş qrafiki: Həftənin 6 günü, saat 10:00 – 19:00;
* Rəsmiləşmə: AR Qanunvericiliyinə əsasən tam rəsmi əmək qeydiyyatı;
* Əməkhaqqı: Başlanğıc aylıq sabit 600 AZN + satışdan əldə edilən bonuslar.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “Birmarket satışları üzrə operator” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Müraciət üçün əlaqə vasitəsi: