İŞ ELANI
58 dəqiqə əvvəl
Müştəri xidmətləri üzrə koordinator tələb olunur
ASE Express Logistics
Bakı
Full time
Nə vaxt yerləşdirilib
15/09/2026
Əmək haqqı
750
İş təcrübəsi
1 ildən az
Cins
Xanım
Təhsil
Vacib deyil
İş haqqında ətraflı
"ASE Asiya Afrika Hızlı Karqo ve Dağıtım MMC" komandasına Müştəri xidmətləri üzrə koordinator tələb olunur!
Beynəlxalq daşımalar sahəsində inkişaf etmək, müştərilərimizə yüksək səviyyədə dəstək göstərmək və dinamik komandamızın bir hissəsi olmaq istəyirsinizsə, müraciətinizi gözləyirik.
Əsas vəzifə öhdəliklərimiz:
* Gələn zənglərin vaxtında cavablandırılması, müştəri sorğularının həm şifahi, həm də yazılı şəkildə ətraflı və dəqiq cavablandırılması;
* Xarici tərəfdaşlar və agentliklərlə elektron poçt vasitəsilə operativ yazışmaların aparılması, lazımi məlumatların operativ əldə edilməsi;
* Müştəri məmnuniyyətini qorumaq üçün yaranan hər hansı narazılıq və çətinliklərin dərhal aradan qaldırılması;
* Bağlamaların təyinatına vaxtında çatdırılması məqsədilə daxili anbar və kuryer heyəti ilə sıx əlaqənin qurulması;
* Müştərilərə şirkətin təqdim etdiyi əlavə xidmətlər haqqında dolğun məlumatın verilməsi;
* Rəhbərliyin operativ tapşırıqlarının vaxtında və məsuliyyətlə yerinə yetirilməsi.
Namizədə olan tələblər:
* Təhsil: Təhsil tələbi vacib deyil;
* Təcrübə: Müştəri xidmətləri və ya çağrı mərkəzi (call-center) sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi şərtdir;
* Cins: Yalnız xanım namizədlər;
* Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl səlis danışıq, İngilis dili isə iş yazışmaları üçün orta (intermediate) səviyyədə olmalıdır;
* Kompüter bacarıqları: MS Office proqramlarından (xüsusilə Excel və Word) sərbəst istifadə etmək bacarığı;
* Şəxsi keyfiyyətlər: Güclü ünsiyyət, aydın izahetmə bacarığı, təmkinlilik, gərgin iş rejimində (stressə davamlılıq) və emosional anlarda düzgün qərar vermək bacarığı.
İş şəraiti:
* İş qrafiki: 6 günlük həftəlik rejim;
* İş saatları: Növbəli qrafik əsasında (09:00–18:00 və ya 10:00–19:00).
Maddi təminat:
* Başlanğıc əmək haqqı: 750 AZN;
* Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq tam rəsmi qeydiyyat.
Müraciət qaydası:
Göstərilən şərtlərə cavab verirsinizsə, CV faylını e-poçt vasitəsilə göndərərkən mövzu (subject) sətrinə mütləq “Müştəri xidmətləri üzrə koordinator” yazmağınız xahiş olunur.
* E-poçt ünvanı: [email protected]
Vacib qeydlər:
* Yalnız vakansiyanın tələblərinə tam uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
* Yalnız qeyd olunan elektron poçt ünvanına göndərilən müraciətlər nəzərdən keçiriləcək.
* Zəng edərək müraciət etmək qəti şəkildə qəbul olunmur.
* Vakansiya tələbələr və ya yarımştat (part-time) iş axtaranlar üçün nəzərdə tutulmayıb.
Müraciət üçün əlaqə vasitəsi: