İŞ ELANI
31.08.2026
Yağlama meneceri tələb olunur
Continental Avtoservis
Bakı
Full time
Nə vaxt yerləşdirilib
31/08/2026
Əmək haqqı
600
İş təcrübəsi
3-5 il
Cins
Fərq etmir
Təhsil
Orta
Yaş həddi
25 - 35
İş haqqında ətraflı
Avtomobil hissələri və yağlama məhsulları satan mağazamız üçün müştərilərlə ünsiyyət qurmağı sevən, avtomobilləri yaxşı tanıyan və sosial şəbəkələrdə aktiv olmağı bacaran dinamik Satış Konsultantı axtarırıq.
Görəcəyiniz əsas işlər:
* Mağazamıza gələn hər bir müştərini gülərüzlə qarşılamaq və ehtiyaclarını operativ şəkildə müəyyən etmək;
* Mühərrik yağları, müxtəlif filtrlər və digər avtomobil məhsullarının peşəkar satışını həyata keçirmək;
* Avtomobilin markasına və modelinə uyğun viskozite, standartlar və yağ seçimi barədə müştərilərə dəqiq məsləhətlər vermək;
* Yağ dəyişimi və əlavə xidmətlərin təqdimatını edərək satış həcmini artırmaq;
* Mağazanın gündəlik sosial media fəaliyyətində iştirak etmək, TikTok və Instagram üçün video çəkilişlərdə, həmçinin canlı yayımlarda məhsulları maraqlı şəkildə təqdim etmək;
* Müştəri bazası ilə sıx əlaqə qurmaq və daimi müştəri şəbəkəsinin formalaşmasına töhfə vermək.
Sizdən nə gözləyirik?
* Avtomobil sektoru, xüsusilə mühərrik yağları və ehtiyat hissələri sahəsində biliklər;
* Güclü ünsiyyətqurma, inandırma və müştəriyə düzgün məsləhət vermək bacarığı;
* Kamera qarşısında sərbəst danışmaq, sosial media trendlərini izləmək və aktiv video/canlı yayım çəkilişlərində iştirak etməyə həvəsli olmaq;
* Məsuliyyətli, enerjili və komandada işləməyə meyilli olmaq.
Müraciət qaydası:
Şərtlər sizin üçün uyğundursa, elan üzrə müraciət edərək komandamızda yer ala bilərsiniz. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: