İŞ ELANI
40 dəqiqə əvvəl
Texniki Usta tələb olunur
Logi Group
Bakı
Full time
Nə vaxt yerləşdirilib
15/09/2026
Əmək haqqı
900 - 1000
İş təcrübəsi
1-3 il
Cins
Bəy
Təhsil
Orta
Yaş həddi
20 - 35
İş haqqında ətraflı
Təhlükəsizlik Sistemləri Üzrə Texniki Usta Axtarılır!
Müasir texnologiyalar və zəif axın sistemləri istiqamətində inkişaf edən şirkətimizin texniki komandasına qoşulmaq üçün peşəkar kadr axtarışındayıq. Əgər təhlükəsizlik sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyi sahəsində təcrübəniz varsa, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə üzrə əsas öhdəliklərimiz:
* Yanğından mühafizə və yanğın siqnalizasiya sistemlərinin tam montajı, quraşdırılması və konfiqurasiyası;
* IP kamera sistemlərinin quraşdırılaraq yerli şəbəkəyə uğurla qoşulması;
* DVR və NVR qeyd cihazlarının quraşdırılması, sazlanması və idarəetməyə hazıranması;
* Turniket, şlaqbaum və girişə nəzarət (Access Control) sistemlərinin quraşdırılması və tənzimlənməsi;
* TCP/IP protokolları, şəbəkə topologiyaları üzrə zəruri nəzəri və praktiki biliklərin tətbiqi;
* Keyfiyyətli kabel xətlərinin çəkilməsi, avadanlıqların təhlükəsiz birləşdirilməsi və ilkin testlərin edilməsi;
* Yaranan texniki nasazlıqların vaxtında diaqnostika olunması və operativ şəkildə aradan qaldırılması;
* İş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına qəti şəkildə riayət edilməsi.
Namizədə qoyulan tələblər:
* Müvafiq texniki sahədə iş təcrübəsi;
* Təhlükəsizlik kameraları, yanğın siqnalizasiyası, turniket və şlaqqbaum avadanlıqları ilə sərbəst işləmək bacarığı;
* Texniki qurğuların quraşdırılması və proqram təminatı üzrə praktiki biliklər;
* Yüksək məsuliyyət hissi, intizam və komanda tərkibində işləmə bacarığı;
* İşə qarşı çevik, operativ və dəqiq yanaşma tərzi;
* Daim öyrənməyə, yenilikləri və müasir texnologiyaları sürətlə mənimsəməyə həvəs.
İş şəraiti və qrafik:
* İş qrafiki: Həftəiçi günlər və şənbə günü;
* İş saatları: 09:00-dan 19:00-dək;
* İstirahət günü: Bazar günü.
Maddi təminat:
* Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq 900 – 1000 AZN aralığında təklif olunur.
Müraciət qaydası:
Göstərilən meyarlara cavab verirsinizsə və bu sahədə potensialınızı reallaşdırmaq istəyirsinizsə, CV-nizi bizə göndərərək peşəkar komandamızın bir hissəsi ola bilərsiniz!
Müraciət üçün əlaqə vasitəsi: