Xərçəng xəstəliyi əsasən nədən və necə yaranır, irsi faktor nə dərəcədə rol oynayır?
Hüceyrə səviyyəsində xərçəng hüceyrənin DNK strukturunda baş verən mutasiyalar nəticəsində yaranır. Normal hüceyrələr müəyyən müddətdən sonra bölünməni dayandırır və ölür, mutasiyaya uğramış hüceyrələr isə nəzarətsiz bölünərək şiş toxumasını əmələ gətirir.
Xarici mühit faktorları xəstəliyin yaranmasının 90 faizinə cavabdehdir. Siqaret çəkmək, spirtli içkilər, emal olunmuş kimyəvi qidalar və radiasiya DNK zədələnməsini sürətləndirir.
Bizim nəsildə mədə-bağırsaq xəstəlikləri çox olduğu üçün həkim bizə hər 3 ildən bir kolonoskopi və qastroskopiya etdirməyi tövsiyə edib. İrsi meylliliyi olan şəxslər daha diqqətli olmalıdır.
Hüceyrənin immun sistemindən gizlənmək bacarığı inkişaf etdikdə şiş toxuması böyüyür. İmmuniteti güclü saxlamaq ən böyük sipərdir.
Xroniki iltihabi xəstəliklər də zamanla hüceyrə strukturunu pozur. Məsələn, müalicə olunmayan mədə xorası və ya xroniki hepatit B və C virusları riski dəfələrlə artırır.
Genetik faktor təmiz halda bütün halların təxminən 5-10 faizini təşkil edir. Yəni ailədə kiminsə xəstələnməsi mütləq sizin də xəstələnməyiniz demək deyil, sadəcə meyllilik nisbətini artırır.
Antioksidantlarla zəngin təbii qidalanma, təzə tərəvəzlər və fiziki aktivlik sərbəst radikalların hüceyrələrə vurduğu zərəri neytrallaşdırmağa kömək edir.
İrsi meyl yalnız potensial deməkdir. Düzgün həyat tərzi, stresdən uzaq durmaq və zərərli vərdişləri tərgitmək bu riski minimuma endirir.