Rəsmi iş yeri olmadan kredit verən banklar hansılardır?
Birbank tətbiqində aktiv dövriyyəniz varsa Kapital Bank rəsmi iş yeri sənədi istemədən kredit verə bilir.
Unibank UBank istifadəçilərinə kart hərəkətlərinə əsasən hazır kredit limiti təklif edir.
Bank Respublika və Yelo Bank bəzən gəlirini şifahi bəyan edən müştərilərə xüsusi şərtlərlə baxır.
Leobank kartında mütəmadi nağdsız ödənişlər edənlərə avtomatik kredit xətti ayrılır.
AccessBank fərdi sahibkarlara və faktiki gəliri olanlara VÖEN-siz də kiçik biznes kreditləri təklif edir.
BOKT-lar məsələn Embafinans, ViAksel rəsmi iş yeri olmadan yalnız şəxsiyyətlə kredit ayırır.
Rəsmi işiniz yoxdursa bank nağd kredit əvəzinə kredit kartı limiti təklif edə bilər.
Əvvəllər həmin bankdan kredit götürüb vaxtında bağlamısınızsa gəlir sənədi soruşmaya bilərlər.
Bankın filialına yaxınlaşıb faktiki gəlir mənbəyinizi izah etməyiniz məsləhətdir.
Rəsmi iş olmadan verilən kreditlərdə komissiya haqqı biraz yüksək ola bilər.