Xərçəng xəstəliyinin ilkin əlamətləri hansılardır və orqanizmdə özünü necə büruzə verir?
Erkən diaqnostika üçün ildə bir dəfə ümumi qan analizi, ultrasəs müayinəsi və döş qəfəsinin müayinəsi hər bir fərd üçün vacibdir.
Halsızlıq təkcə xərçəng əlaməti deyil, ağır anemiya və ya avitaminoz zamanı da olur. Lakin qan analizi verərək EŞƏ (eritrositlərin çökmə sürəti) göstəricisini yoxlatmaq ən birinci atılacaq addımdır.
Bədənin müxtəlif nahiyələrində əmələ gələn və toxunduqda ağrımayan, amma getdikcə böyüyən bərk toxumalar mütləq onkoloq tərəfindən palpasiya olunmalıdır.
Bizim ailədə xalamda oxşar hal yaşanmışdı. Əvvəlcə sadə vitamin çatışmazlığı zənn edirdik, amma boyun nahiyəsində ağrısız, bərk düyün hiss etdikdə həkimə müraciət etdik. Məlum oldu ki, limfa sistemində ilkin dəyişikliklər başlayıb. Erkən müayinə həyatını xilas etdi.
İlkin simptomlar arasında səbəbsiz çəki itkisi birinci yerdə durur. Əgər pəhriz saxlamadan və ya fiziki yükü artırmadan qısa müddətdə 5-10 kiloqram arıqlama müşahidə olunursa, mütləq kompleks tibbi müayinədən keçmək lazımdır.
Orqanizmdə onkoloji proses başlayarkən immun sistemi həddindən artıq gərgin işləyir. Bu səbəbdən səbəbsiz qızdırma, xüsusən axşam saatlarında subfebril (37.1 - 37.5 dərəcə) hərarət və bədəndə izah edilə bilməyən ağrılar yarana bilər.
Əmim uzun müddət davam edən öskürəyi sadə siqaret öskürəyi hesab edirdi. Lakin öskürək 3 həftədən çox çəkdikdə və xırıldayan səs yarandıqda Rentgen müayinəsinə getdi və ağciyərdə ilkin törəmə aşkar olundu.