İŞ ELANI
01.09.2026
Xadimə tələb olunur
Deziline
Bakı
Full time
Nə vaxt yerləşdirilib
01/09/2026
Əmək haqqı
550 - 600
İş təcrübəsi
3-5 il
Cins
Xanım
Təhsil
Orta
Yaş həddi
35 - 45
İş haqqında ətraflı
Keşlə qəsəbəsində yerləşən ofisimiz üçün səliqə-sahmana önəm verən, məsuliyyətli və təmizlik işlərində təcrübəli Ofis Xadiməsi axtarırıq.
Rahat iş qrafiki ilə çalışmaq, iş mühitinin təmizliyini və gigiyena qaydalarına riayət olunmasını təmin etmək istəyən namizədlər dəvət olunur.
Görəcəyiniz əsas işlər:
* İş günü ərzində ofis otaqlarının, rəflərin və ümumi sahələrin yüksək səviyyədə təmiz və səliqəli saxlanılması;
* Mətbəx və sanitar qovşaqların təmizliyinə mütəmadi nəzarət olunması, istifadə olunmuş qab-qacaqların yuyulması;
* Təmizliklə bağlı yaranan çatışmazlıqların vaxtında aradan qaldırılması və iş gününün sonunda ofisin təmiz şəkildə təhvil verilməsi.
Sizdən nə gözləyirik?
* Yaş həddi: 35 – 45 yaş aralığı;
* Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;
* Təhsil: Natamam orta və ya orta təhsil;
* Şəxsi keyfiyyətlər: Şəxsi gigiyenaya və xarici görünüşə diqqət yetirmək, daxili nizam-intizam qaydalarına dəqiq riayət etmək.
İş şəraiti və təminatlar:
* İş qrafiki: Həftəiçi 5 gün (09:00 – 18:00), istirahət günləri şənbə və bazar;
* İş yeri: Keşlə qəsəbəsi;
* Əməkhaqqı: Bilik və bacarıqlara əsasən 550 – 600 AZN təşkil edir.
Müraciət qaydası:
Şərtlər sizin üçün uyğundursa, elan üzrə müraciət edərək komandamıza qoşula bilərsiniz. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: