Whatsapp qruplarında məhsul sataraq pul qazanmaq üçün müştərini necə tapmaq olar?
Müştəri rəylərini (skrinşotları) qrupda paylaşın, bu etibarı dəfələrlə artırır.
Xeyirli olsun.
Dürüstlük bu işdə ən böyük reklamdır.
Uğurlar satışlarınızda.
İlk alıcıları öz kontakt siyahınızdan toplayın. Dostlara xahiş edin ki öz tanışlarını da qrupa əlavə etsinlər.
Məhsulların şəkillərini çəkərkən real və keyfiyyətli fotolardan istifadə edin, internetdən götürülmə fotolar inam yaratmır.
Facebook və Instagram qruplarında, elan saytlarında qrupunuzun dəvət linkini paylaşın.
Qiymətləri bazar qiymətindən bir az ucuz qoyun ki, alıcı üçün maraqlı olsun.
Səbirli olun, müştəri bazası zamanla formalaşır.
Qrupda hər gün 100 dənə mesaj paylaşıb camaatı bezdirməyin, günə 3-5 seçmə məhsul bəs edir.
Mən belə başlamaqla qrupumdakı üzv sayını 500 nəfərə çatdırdım.
Qrupa qoşulan ilk 50 nəfər üçün kiçik hədiyyəli uduş (lotereya) təşkil edin.
Məhsul haqqında ölçü, rəng və çatdırılma şərtlərini dəqiq yazın.
Təşəkkürlər.