Whatsapp biznes hesabları və ya kanallar vasitəsilə necə pul qazanmaq olar?
Səbirli olub alıcı auditoriyası formalaşdırmaq lazımdır.
Whatsapp kanalı açıb orda endirimli malların, promokodların linkini paylaşmaqla affiliate faizi qazanmaq da olar.
Şəkillərin keyfiyyətli olmasına diqqət edin.
Təşəkkürlər.
İşinizdə bol qazanclar dileyirəm.
Müştəri bazasını toplamaq üçün ilk vaxtlar yaxın dost-tanışa xəbər elə, statusunu paylaşmalarını xahiş et.
Mən geyim və qadın çantaları vasitəçiliyi ilə ayda 400-500 manat təmiz gəlir götürürəm.
Statunda hər gün 3-5 maraqlı məhsul paylaş. İnsanlar görəcək və qiymət soruşacaq.
Whatsapp Business yüklə, orada "Kataloq" bölməsi var. Məhsulların şəklini, qiymətini və haqqında məlumatı yerləşdir.
Müştəri xidmətin operativ olsun, suallara dərhal cavab ver.
Ən rahat yol dropshipping və ya vasitəçilikdir. Sadərik, Bənövşə, Sədərək topdansatışçılarının şəkillərini götürüb üstünə 5-10 manat qoyub Whatsapp kataloquna yığırsan.
Müştəri sifariş verəndə pulu kartına alırsan, topdansatışçıya malın nağd dəyərini ödəyib kuryerlə müştəriyə göndərtdirirsən. Qazanc cibində qalır.
Etibarlı kuryer xidməti tapmaq bu işdə ən vacib şərtdir.
Heç bir anbar və ya dükan saxlamadan biznes qurmağın ən asan yoludur.