Dövlət işi yoxsa özəl şirkət? Hansında çalışmaq daha sərfəlidir?
Ən yaxşısı ilk 5-10 il özəldə təcrübə və kapital yığmaq, sonra rahatlıq üçün dövlətə keçməkdir.
Özəldə ingilis dili və müasir proqramlar şərtidir, dövlətdə isə qanunvericilik.
Hər ikisinin öz müsbət və mənfi tərəfləri var, xarakterinə uyğun olanı seç.
Özəl dözümlülük tələb edir, zəif xarakterli adamlar özəldə ezilir.
Özəl şirkətlərdə 2-3 ilə öyrənəcəyin təcrübəni dövlətdə 10 ilə öyrənə bilməzsən.
Gəncsənsə və inkişaf etmək istəyirsənsə kesinlikle ÖZƏL! Dövlətdə sistem çox ləngdir və monotonlaşacaqsan.
Əgər sakit həyat, az gərginlik istəyirsənsə dövlət işi yaxşıdır.
Maaş baxımından özəl dövləti dəfələrlə üstələyir, amma özəldə gərginlik və işdən çıxarılma riski böyükdür.
Özəldə performansına görə dəyər alırsan, dövlətdə staja və staj müddətinə görə.
İxtisasından çox asılıdır. İT, Marketing, Finans üçün özəl; Hüquq, İnzibati işlər üçün dövlət yaxşıdır.
Dövlətdə pensiya təminatı və hörmət daha çox olur bizdə.
Dövlətin üstünlüyü: Sabitlik, vaxtında verilən maaş, 8 saatlıq iş rejimi və sosial təminat.
Dövlət işində məzuniyyətlər və bayram istirahətləri dəqiq qorunur.
Dövlət qulluğunda imtahanlar və müsahibə mərhələləri çox uzundur, vaxt itirə bilərsən.
Maaş baxımından ən çox özəl şirkətlər qazandırır. Amma rahat , başın dinc istəyirsənsə dövlət işi daha yaxşıdır.