İŞ ELANI
04.09.2026
Viza mütəxəssisi tələb olunur
Royal Travel Group
Bakı
Full time
Nə vaxt yerləşdirilib
04/09/2026
Əmək haqqı
700 - 1000
İş təcrübəsi
1-3 il
Cins
Fərq etmir
Təhsil
Ali
Yaş həddi
24 - 36
İş haqqında ətraflı
Turizm sektorunda fəaliyyət göstərən şirkətimiz Şengen və digər aparıcı ölkələrin vizalaşdırma proseslərini peşəkar səviyyədə idarə edəcək təcrübəli Viza Mütəxəssisi axtarır.
Xarici əlaqələri güclü olan və sənədləşmə işlərində səliqəli çalışa bilən namizədlər komandamıza dəvət olunur.
Görəcəyiniz əsas işlər:
* Viza dəstəyi üçün müraciət edən müştərilərə yüksək səviyyədə konsaltinq və peşəkar xidmətin göstərilməsi;
* Tələb olunan sənədlər paketinin tam şəkildə toplanması, dəqiqliyinin yoxlanılması və anket-ərizə formalarının qüsursuz doldurulması;
* Səfər planına uyğun olaraq otel və aviabiletlərin vaxtında rezervasiya edilməsi, konsulluq və səfirliklərlə əlaqələrin tənzimlənməsi.
Sizdən nə gözləyirik?
* Təcrübə: Turizm sahəsində viza mütəxəssisi kimi ən azı 1 – 3 il mütləq iş təcrübəsi;
* Biliklər: Şengen, ABŞ, Kanada və Birləşmiş Krallıq (UK) vizalarının müraciət qaydaları və prosedurları üzrə dərin biliklər;
* Dil bilikləri: İngilis və rus dillərini sərbəst, yüksək səviyyədə bilmək;
* Bacarıqlar: Həm B2B, həm də B2C istiqamətində effektiv satış və müştəri xidməti bacarıqları.
İş şəraiti və təminatlar:
* İş qrafiki: Həftənin 5 günü saat 10:00 – 19:00, Şənbə günü isə 10:00 – 17:00 (Bazar günü istirahət);
* Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq fərdi qaydada təyin edilir (Sabit əməkhaqqı + bonus sistemi).
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “Viza mütəxəssisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: