Ürək xəstəliklərinin ilk əlamətləri hansılardır və nə vaxt həkimə müraciət edilməlidir?
Gecələr boğulma hissi ilə oyanmaq və pəncərəni açmaq ehtiyacı duymaq xəbərdarlıq əlamətidir.
Pilləkən çıxarkən və ya sürətlə yeriyərkən sinədə diskomfort və nəfəsin çatmaması ilk siqnaldır. Bunu sadəcə yorğunluq hesab etmək olmaz.
Ayaq topuqlarında xüsusən axşamlar əmələ gələn və səhər çəkilən şişkinliklər ürək funksiyasının zəifləməsini göstərir.
Məndə bir neçə ay idi ki, vaxtaşırı ürəyimdə sanki boşa düşmə və ya birdən-birə bərk vurma hissi olurdu. Müayinə olundum, ritm pozğunluğu çıxdı.
Səbəbsiz başgicəllənmə, gözlərin qaralması və ani huşitirmə halları ürək blokadasının göstəricisi ola bilər.