İŞ ELANI
11.08.2026
TikToker (Kontent yaradıcısı) tələb olunur
Supertoys MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
11/08/2026
Əmək haqqı
700
İş təcrübəsi
1 ildən az
Cins
Bəy
Təhsil
Vacib deyil
Yaş həddi
18 - 28
İş haqqında ətraflı
Vakansiya Elanı: TikToker / Video Kontent Yaradıcısı
Şirkət: Supertoys MMC
Vəzifə: TikToker
Vəzifə Öhdəlikləri:
– TikTok platforması üçün gündəlik olaraq dinamik və maraqlı video materialların planlaşdırılması və çəkilməsi
– Kamera önündə sərbəst şəkildə çıxış edərək oyuncaqların, uşaq mallarının və cari endirim kampaniyalarının tanıdılması
– TikTok alqoritmində populyar olan trendlərin və musiqi/format dalğalarının operativ şəkildə izlənilərək şirkət kontentinə uyğunlaşdırılması
– Səhifənin izləyici kitləsini artıracaq kreativ və qeyri-adi video ssenari ideyalarının irəli sürülməsi
– Məhsulların üstünlüklərini alıcılara cəlbedici, səmimi və birbaşa satışa yönləndirilmiş şəkildə çatdırmaq
– TikTok canlı yayımlarının (live) mütəmadi qaydada açılması, izləyicilərlə aktiv ünsiyyət qurulması və canlıda məhsul nümayişi
– Çəkiliş prosesində marketinq və qrafik komandası ilə sıx əməkdaşlıq etmək
– Paylaşılan videoların izlənmə və qarşılıqlı əlaqə (engagement) göstəricilərinin yüksəldilməsinə töhfə vermək
Namizədə Qoyulan Tələblər:
– Təhsil: Orta təhsil
– İş təcrübəsi: TikTok və ya Instagram Reels üçün video kontent yaratmaq sahəsində real təcrübə
– Yaş aralığı: 18 – 28 yaş
– Cins: Yalnız bəy namizədlər
– Kamera davranışı: Kamera qarşısında heç bir çəkinmədən rahat, təbii və inamlı danışmaq qabiliyyəti
– Trend bilgisi: Sosial media axınları, qısa video trevləri və TikTok mədəniyyəti haqqında dərin anlayış
– Şəxsi keyfiyyətlər: Güclü improvizasiya bacarığı, kreativ düşüncə tərzi, daimi aktivlik, yüksək enerji və ünsiyyətcillik
– Satış qabiliyyəti: Auditoriyanı hərəkətə gətirəcək və məhsul satışını stimullaşdıracaq təqdimat bacarığı
– Əlavə tələblər: Canlı yayımların idarə olunmasında təcrübə, Azərbaycan dilində səlis danışıq (rus dili bilənlərə üstünlük veriləcək)
İş Şərtləri və Qrafik:
– İş rejimi: Tam iş günü (Full-time)
– Əmək haqqı: Start baza məvacib 700 AZN + performans və satış bonusları
– Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinin qanunvericiliyinə uyğun olaraq tam rəsmi işə qəbul
Müraciət Qaydaları:
Göstərilən meyarlara cavab verən namizədlərdən öz CV sənədlərini e-poçt məktubunun mövzu (subject) hissəsinə mütləq "TikToker" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Diqqət Edilməli Məqamlar:
Yalnız vakansiya tələblərinə tam uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Yalnız qeyd olunan rəsmi elektron poçt ünvanına daxil olan müraciətlər dəyərləndiriləcək.
Telefon zəngi vasitəsilə müraciət etmək qəti qadağandır və zənglər qəbul olunmur.
Vakansiya tam iş günü üçün nəzərdə tutulduğundan, tələbələr və part-time iş axtaranların müraciət etməməsi xahiş olunur.
Müraciət üçün əlaqə vasitəsi: