İŞ ELANI
02.09.2026
Sürücü yanında ekspeditor (bəy) tələb olunur
Koroğlu MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
02/09/2026
Əmək haqqı
700 - 800
İş təcrübəsi
1-3 il
Cins
Bəy
Təhsil
Orta
Yaş həddi
25 - 40
İş haqqında ətraflı
Koroğlu MMC məhsulların anbardan təhvil alınması, marşrut üzrə ticarət obyektlərinə çatdırılması və sənədləşmə işlərini həyata keçirəcək məsuliyyətli bəy namizədlər üçün Sürücü Yanında Ekspeditor vakansiyası elan edir.
Dinamik logistika prosesində çalışmaq istəyən peşəkar işçilər dəvət olunur.
Görəcəyiniz əsas işlər:
* Məhsulların anbardan sifariş qaimələrinə (Təhvil-Təslim Aktına) əsasən dəqiq yoxlanılaraq təhvil alınması;
* Yük maşınlarına yüklənən malların marşrut xəritəsinə uyğun olaraq ünvanlara çatdırılması və obyektlərə boşaldılması;
* Məhsulların müştəriyə qaimə üzrə qüsursuz şəkildə təhvil verilməsi;
* Satışdan geri qayıdan məhsulların müvafiq sənədlərlə qəbul edilərək şirkətin anbarına təhvil verilməsi.
Sizdən nə gözləyirik?
* Təhsil: Orta təhsil;
* Təcrübə: Müvafiq logistika və ya ekspedisiya sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi;
* Cins və Yaş: Yalnız bəy namizədlər | 25 – 40 yaş aralığı;
* Dil bilikləri: Rus dilini (kiril əlifbasını) bilən namizədlərə üstünlük verilir;
* Şəxsi keyfiyyətlər: Güclü ünsiyyət qabiliyyəti, mədəni davranış, operativ qərar qəbuletmə, fəallıq, dəqiqlik, dürüstlük, yüksək məsuliyyət və kollektivdə işləmək bacarığı (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil).
İş şəraiti və təminatlar:
* İş qrafiki: Həftənin 6 günü, saat 08:00 – 17:00;
* Qidalanma: İsti nahar şirkət hesabına təmin olunur;
* Rəsmiləşmə: AR Qanunvericiliyinə uyğun olaraq tam rəsmi əmək qeydiyyatı;
* Əməkhaqqı: Sabit aylıq məvacib 400 AZN (Fix) + performans və bonus sisteminə əsasən 400 AZN-dək əlavə qazanc əldə etmək imkanı.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “Sürücü yanında ekspeditor” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
⚠️ Vacib qeyd: Zəng edərək müraciət etmək qəti qadağandır; yalnız göstərilən e-poçt ünvanına CV təqdim edən və şərtlərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: