İŞ ELANI
18.08.2026
SMM-menecer tələb olunur
IGNIS ELECTRONICS
Bakı
Full time
Nə vaxt yerləşdirilib
18/08/2026
Əmək haqqı
700
İş təcrübəsi
1 ildən az
Cins
Xanım, Bəy
Təhsil
Vacib deyil
Yaş həddi
21 - 35
İş haqqında ətraflı
Abşeron Ticarət Mərkəzi və Abşeron Mall ərazisində yerləşən "Ignis Electronics" mağazası üçün həm sosial media idarəçiliyini həyata keçirəcək, həm də mağazadaxili satış proseslərində aktiv iştirak edəcək bacarıqlı SMM Menecer və Onlayn Satış Təmsilçisi axtarışına başlayırıq!
💰 Əmək Haqqı və Şərtlər:
* Sabit əmək haqqı: 700 AZN + satışlardan əldə olunan faiz bonusları
* İş rejimi: Həftəiçi hər gün ofisdən/mağazadan işləmək tələb olunur (həftədə 1 gün istirahət)
* İş saatları: 09:00 – 17:00
* İş yeri: Abşeron Ticarət Mərkəzi, Abşeron Mall ("Ignis Electronics" mağazası)
📋 Əsas Vəzifə və Öhdəliklər:
* Instagram, WhatsApp, Facebook Marketplace, TikTok və TapAz kimi rəqəmsal platformaların və onlayn satış kanallarının aktiv şəkildə idarə olunması
* Aylıq və həftəlik kontent planlarının (foto, video materiallar və mətnlər) operativ şəkildə hazırlanması
* Gün ərzində ən azı 3 dəfə canlı yayımların açılması, məhsulların nümayişi, həmçinin Reels, hekayə (Stories) və postlar üçün detallı çəkilişlərin aparılaraq paylaşılması
* Azərbaycan dilinin qrammatik qaydalarına tam riayət edərək səlis yazılı və şifahi nitqin qorunması
* Onlayn platformalardan daxil olan müştəri sorğularına vaxtında cavab verilməsi və müraciətlərin qeydiyyata alınması
* Mağazaya gələn müştərilərin səmimi, yüksək səviyyədə və peşəkar formada qarşılanması
* Mağazada təqdim olunan elektrik avadanlıqlarının texniki xüsusiyyətlərini dərindən öyrənərək müştərilərə doğru və ətraflı məlumatın verilməsi
* Potensial müştərilərin cəlb edilməsi və mövcud bazanın mütəmadi olaraq genişləndirilməsi
* İş yerinin, sərgilənən məhsulların ərazisinin daim təmiz, səliqəli və nizamlı saxlanılmasına nəzarət edilməsi
🎯 Namizədə Qoyulan Tələblər:
* Cins: Xanım və bəy namizədlər
* Təhsil: Ali və ya orta ixtisas təhsili
* İş təcrübəsi: Satış, canlı yayımlarla rəqəmsal marketinq və ya müştəri xidmətləri sahəsində minimum 6 ay – 1 il arası iş stajı
* Peşəkar bacarıqlar:
* Şirkətin sosial şəbəkələrində mütəmadi olaraq canlı yayımlar açmaqdan çəkinməyən, kamera qarşısında sərbəst danışabilən
* Keyfiyyətli təqdimat videoları və fotoşəkillər çəkib paylaşmaq, onlayn mağaza proseslərini təkbaşına idarə etmək bacarığı
* Xarici dillərdən birini bilmək əlavə üstünlük kimi qiymətləndirilir
* Şəxsi keyfiyyətlər: Etibarlı, nəzakətli, işinə qarşı məsuliyyətli və dəyişən şəraitə tez uyğunlaşan (çevik) yanaşma tərzi
Müraciət üçün əlaqə vasitəsi: