İŞ ELANI
07.09.2026
Satış təmsilçisi (xanım, bəy) tələb olunur
Aztur Autoimport
Bakı
Full time
Nə vaxt yerləşdirilib
07/09/2026
Əmək haqqı
600 - 1000
İş təcrübəsi
Vacib deyil
Cins
Xanım, Bəy
Təhsil
Vacib deyil
Yaş həddi
19 - 35
İş haqqında ətraflı
Avtomobil sektorunda fəaliyyət göstərən şirkətimizə ABŞ və Koreya bazarlarından avtomobil satışı istiqamətində fəaliyyət göstərəcək dinamik və bacarıqlı Satış Təmsilçisi axtarılır.
Görəcəyiniz əsas işlər:
* ABŞ və Koreya hərraclarından/bazarlarından gələn avtomobillərin müştərilərə peşəkar şəkildə təqdim olunması;
* Müştərilərin sorğularının operativ cavablandırılması, satış prosesinin başlanğıcdan son mərhələyə qədər idarə edilməsi;
* Müştəri məmnuniyyətinin qorunması və satışdan sonrakı mərhələdə əlaqələrin davam etdirilməsi.
Sizdən nə gözləyirik?
* Təcrübə və Təhsil: Satış sahəsində bacarıq (Qeyd: Təhsil vacib deyil, əsas tələb işə həvəsdir; tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil, tam ştatlı işdir);
* Üstünlük: Avtomobil sektoruna maraq və bu sahədə ilkin anlayış;
* Şəxsi keyfiyyətlər: Güclü inandırma, təqdimat və səlis ünsiyyət qabiliyyəti, nəticəyönümlülük, məsuliyyət, diqqətlilik və komandada işləmək bacarığı.
İş şəraiti və təminatlar:
* İş yeri: Ofis daxilində stabil iş mühiti;
* İnkişaf: Öyrədici mühit və karyera yüksəlişi imkanları;
* Rəsmiləşmə: AR Qanunvericiliyinə uyğun rəsmi və uzunmüddətli əməkdaşlıq;
* Əməkhaqqı: Rəqabətədavamlı sabit əməkhaqqı + satışdan əldə olunan yüksək bonuslar.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi mövzu hissəsinə “Satış Təmsilçisi” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Müraciət üçün əlaqə vasitəsi: