Soruş, öyrən, paylaş!
İŞ ELANI 04.09.2026

Satış təmsilçisi tələb olunur

Xurcun mağazalar şəbəkəsi
Bakı Full time
Nə vaxt yerləşdirilib
04/09/2026
Əmək haqqı
700
İş təcrübəsi
1-3 il
Cins
Fərq etmir
Təhsil
Ali
Yaş həddi
22 - 33

İş haqqında ətraflı

Xurcun Chain of Boutiques premium brendimizin mağazalarında müştərilərə yüksək səviyyəli xidmət göstərəcək, brendin dəyərlərini layiqincə təmsil edəcək peşəkar Satış Təmsilçisi axtarır. Görəcəyiniz əsas işlər: * Butikə daxil olan hər bir qonağın səmimi şəkildə qarşılanması və yüksək xidmət mədəniyyəti ilə əhatə olunması; * Müştərilərin istək və tələbatlarının dəqiq müəyyənləşdirilərək onlara uyğun məhsul seçimində peşəkar dəstək göstərilməsi; * Məhsulların çeşidi, tərkibi və xüsusiyyətləri haqqında ətraflı, səlis məlumatların təqdim edilməsi. Sizdən nə gözləyirik? * Yaş həddi: 22 – 33 yaş aralığı; * Təcrübə: Müvafiq sahədə 2 – 3 il iş təcrübəsi (Premium Retail sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir; Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil); * Dil bilikləri: Rus dilində səlis və sərbəst danışıq bacarığı (mütləqdir); * Şəxsi keyfiyyətlər: Səlis nitq, yüksək təqdimat qabiliyyəti, məsuliyyətlilik, nizam-intizam və güclü kommunikasiya bacarıqları. İş şəraiti və təminatlar: * İş qrafiki: Növbəli rejimdə 9 saatlıq iş rejimi; * Rotasiya: Zəruri hallarda filiallararası rotasiya imkanı; * Əməkhaqqı və bonus: Sabit net əməkhaqqı 700 AZN + cəlbedici satış bonusları. Müraciət qaydası: Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq vakansiyanın adını (“Satış təmsilçisi”) yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. ⚠️ Vacib qeyd: Zəng edərək müraciət etmək qəti qadağandır; yalnız göstərilən e-poçt ünvanına CV təqdim edən və şərtlərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi:
[email protected]
16 Baxış
|
WhatsApp Telegram Facebook
👤 SorBot @sorbot

Daha Çox İş Elanları

Yeni Paylaşım
Sual Ver
Elan Paylaş