İŞ ELANI
4 gün əvvəl
Satış Məsləhətçisi (Showroom) tələb olunur
Bəyaz Flora MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
11/09/2026
Əmək haqqı
600
İş təcrübəsi
1-3 il
Cins
Fərq etmir
Təhsil
Orta
Yaş həddi
20 - 30
İş haqqında ətraflı
Qida əlavələri satışı sahəsində fəaliyyət göstərən şirkətimizin Əcəmi 3-cü kruqu yaxınlığında yerləşən showroom-u üçün aktiv və ünsiyyətcil Showroom Satış Məsləhətçisi axtarılır.
Görəcəyiniz əsas işlər:
* Showrooma gələn müştərilərin yüksək səviyyədə qarşılanması, ehtiyaclarının müəyyənləşdirilməsi və qida əlavələri haqqında peşəkar məlumatların təqdim olunması;
* Instagram və TikTok kimi sosial şəbəkələrdən daxil olan müraciətlərin və mesajların cavablandırılaraq sifarişə çevrilməsi;
* Daimi müştərilərlə əlaqələrin qorunması, təkrar sifarişlərin izlənilməsi və vaxtında xatırlatmaların edilməsi;
* Showroom daxilində məhsulların səliqəli və düzgün vizual təqdimatının təmin edilməsi.
Sizdən nə gözləyirik?
* Bacarıqlar: Yüksək ünsiyyət, səlis və aydın nitq, sosial şəbəkə mesajları ilə işləmək və yeni məlumatları sürətlə mənimsəmək bacarığı;
* Maraq dairəsi: Qida əlavələri sektoruna və sağlam həyat tərzinə maraq (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil, tam ştatlı işdir);
* Şəxsi keyfiyyətlər: Müştəriyönümlü, gülərüz, nəticəyə fokuslanmış, məsuliyyətli və operativ yanaşma;
* Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti.
İş şəraiti və təminatlar:
* İş yeri: Əcəmi 3-cü kruqu yaxınlığı;
* İş qrafiki: 10:00 – 20:00;
* Əməkhaqqı: Sabit 600 AZN + satışdan əldə olunan bonuslar;
* Rəsmiləşmə: AR Qanunvericiliyinə uyğun olaraq rəsmi əmək qeydiyyatı.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “Showroom Satış Məsləhətçisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Müraciət üçün əlaqə vasitəsi: