Satış meneceri və ya satış təmsilçisi sahəsində karyera yüksəlişi necə baş verir?
Təkcə yaxşı satmaq bəs eləmir, gərək komandanı idarə etməyi də öyrənəsən. Rəhbər vəzifəsinə qalxanda artıq insan resursları ilə işləyirsən.
Satış elə yerdir ki, burda tanıdığa ehtiyac yoxdur. Rəqəmlərin yaxşıdırsa, planı dolursansa avtomatik rəhbərliyin gözünə girirsən.
Bazar tərəfini yaxşı öyrənsəniz gələcəkdə hətta öz biznesinizi də rahatlıqla qura bilərsiniz. Satış bütün bizneslərin bel sütunudur.
Mən sıradan konsultant kimi başladım, 1 ilə senior, 2-ci ilin sonunda komanda rəhbəri oldum. Əsas odur ki, işinə məsuliyyətlə yanaşasan.
Davamlı öz üzərində işləmək lazımdır. Satış psixologiyası kitabları oxuyun, təlimlərə qoşulun. İş dəyişəndə də həmişə bir pillə yuxarı vəzifəyə müraciət edin.