Satış meneceri nədir və satış təmsilçisindən əsas fərqləri hansılardır?
Maaş fərqi var əsasən. Menecerlərin fiks maaşı da yüksək olur, məsuliyyəti də. Məsələn, menecer komandanın satış planına cavabdehdir.
Əgər strateji düşünə bilirsənsə, bazarı analiz etməyi bacarırsansa menecerlik tam sənlikdir. Təmsilçi daha çox canlı ünsiyyət tərəfindədir.
Mən 2 il təmsilçi işlədikdən sonra menecer vəzifəsinə qaldırdılar. İndi işim daha çox kompyuter arxasında, 1C və Bitrix-də müştəri bazası ilə işləməkdir.
Təmsilçilikdə təcrübə istəmirlər çox vaxt, amma menecer vakansiyalarında ən az 1-2 il staj şərt qoyurlar. Çünki soyuq zənglər və müqavilə şərtləri bilmək lazımdır.
Biri var birbaşa müştəriyə mal satasan (təmsilçi), biri də var B2B işləyəsən, adından göründüyü kimi prosesi idarə edəsən (menecer). Menecer daha çox təqdimat edir, müqavilə bağlayır.