İŞ ELANI
19.08.2026
Resepşn (Azərbaycan və İngilis dilində sərbəst danışan) tələb olunur
UN House in Azerbaijan
Bakı
Full time
Nə vaxt yerləşdirilib
19/08/2026
Əmək haqqı
Razılaşma ilə
İş təcrübəsi
1-3 il
Cins
Xanım
Təhsil
Orta
İş haqqında ətraflı
BMT-nin Azərbaycan Respublikasındakı Evi (UN House in Azerbaijan) beynəlxalq mühitdə fəaliyyət göstərəcək, qonaqların qarşılanması və inzibati prosesləri idarə edəcək peşəkar Resepşn (Qəbul Məmuru) axtarışını elan edir!
💼 Şirkət və Əmək Şərtləri:
* İş yeri: UN House Baku
* İş rejimi: 5 günlük tam iş həftəsi
* İş saatları: 09:00 – 18:00
* Əmək haqqı: Namizədin real bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında fərdi şəkildə təyin olunacaq
* Rəsmiləşdirmə: Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tam rəsmi qeydiyyat (Qeyd: Vakansiya tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil)
📋 Əsas Vəzifə və Öhdəliklər:
* Binaya gələn qonaqları və ziyarətçiləri yüksək səviyyədə qarşılamaq, müvafiq BMT agentliklərinə və ya ofislərə yönləndirmək
* Daxil olan telefon zənglərini peşəkar etika ilə cavablandırmaq və lazımi şəxslərə bağlamaq
* Ziyarətçi qeydiyyatını aparmaq və tələb olunduqda xüsusi buraxılış nişanlarını təqdim etmək
* Bütün BMT agentliklərinin nümayəndələri ilə əlaqə saxlayaraq görüşlərin və təyinatların koordinasiyasını təmin etmək
* Gelen və gedən poçt, kuryer çatdırılmalarını idarə etmək; BMT Evi agentlikləri üçün diplomatik poçt proseslərini əlaqələndirmək, o cümlədən təhlükəsizlik möhür ehtiyatlarının idarə olunmasında UN House Menecerinə dəstək olmaq
* Qəbul zonasında təhlükəsizliyə nəzarət etmək və hər hansı fors-major hal barədə dərhal məlumat vermək
* Qəbul sahəsini həmişə səliqəli, təmiz və nizamlı saxlamaq
* Binanın ümumi idarəetmə proseslərinə mütəmadi inzibati dəstək göstərmək
* Sorğuları cavablandırmaqla bina daxilindəki xidmətlər haqqında dəqiq informasiya vermək
* UN House daxilində və ya xaricində keçirilən iclas, təlim və tədbirlərin hazırlıq mərhələsində inzibati dəstək göstərmək
* İclas otaqlarının qrafikini və təchizatını izləmək, hər sessiyadan öncə və sonra sahənin tam hazır vəziyyətdə olmasını təmin etmək
* Ehtiyac yaranarsa, müvafiq qurumların rəhbərliyi altında dəstəyi olmayan agentliklər üçün yazışmalar hazırlamaq, tərcümə, möhürləmə və sənəd dövriyyəsini əlaqələndirmək
🎯 Namizədə Qoyulan Tələblər:
* Təhsil: Orta məktəb diplomu və ya ekvivalenti (inzibatçılıq və ya idarəetmə sahəsi üzrə əlavə diplom böyük üstünlükdür)
* İş təcrübəsi: Qəbul işçisi, resepşn və ya qəbul masası mütəxəssisi kimi minimum 2 il praktiki iş stajı
* Dil bilikləri: Azərbaycan və ingilis dillərində şifahi və yazılı şəkildə sərbəst, qüsursuz ünsiyyət qurmaq bacarığı
* Şəxsi keyfiyyətlər və bacarıqlar:
* Güclü ünsiyyət, nitq mədəniyyəti və yüksək şəxsiyyətlərarası münasibət qurmaq qabiliyyəti
* Çoxsaylı tapşırıqları (multitasking) eyni anda yerinə yetirmək və yüksək ziyarətçi axınını səbrlə idarə etmək bacarığı
* Peşəkar xarici görünüş və hər zaman müştəri/ziyarətçi məmnuniyyətinə yönəlmiş düşüncə tərzi
* Agentliklər arasında məxfiliyin və mütləq bitərəfliyin qorunması prinsipinə sadiqlik
* Texniki bacarıqlar: MS Office proqramları və elektron poçt vasitəsilə yazışma alətlərindən sərbəst istifadə etmək
📩 Müraciət Etmə Qaydası:
Göstərilən meyarlara cavab verən və beynəlxalq təşkilat mühitində çalışmaq istəyən namizədlər öz CV-lərini təqdim edə bilərlər:
* Elektron poçt ünvanı: [email protected]
* Vacib qeyd: Məktubun mövzu (subject) hissəsinə mütləq şəkildə “UN House Reception” yazılması xahiş olunur.
Diqqət: Zəng vasitəsilə müraciətlər qəbul olunmur. Yalnız göstərilən elektron poçt ünvanına göndərilən və vakansiya tələblərinə tam uyğun gələn namizədlərə geri dönüş ediləcəkdir.
Müraciət üçün əlaqə vasitəsi: