İŞ ELANI
22.08.2026
Rəqəmsal Platformalar üzrə Brend Meneceri tələb olunur
NK Media MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
22/08/2026
Əmək haqqı
500 - 1200
İş təcrübəsi
1-3 il
Cins
Fərq etmir
Təhsil
Ali
Yaş həddi
20 - 35
İş haqqında ətraflı
Rəqəmsal musiqi industriyasının aparıcı adlarından biri olan “NK Media” musiqi layihələrini qlobal səviyyədə idarə edəcək, yaradıcı və araşdırmağa meyilli Rəqəmsal Platformalar və Brend Meneceri axtarışını elan edir! Şirkət yalnız tapşırıq icra edən deyil, sektorda yeniliklər gətirən və brendin güclənməsinə töhfə verən həmfikir əməkdaş axtarır.
💼 Şirkət Tərəfindən Təmin Olunur:
* Əməkhaqqı: 500 – 1200 AZN (namizədin real bilik, bacarıq və təcrübə səviyyəsinə uyğun olaraq təyin ediləcək)
* İnkişaf imkanları: Musiqi industriyasında peşəkar təcrübə qazanmaq, beynəlxalq rəqəmsal musiqi platformaları ilə birbaşa işləmək şansı
* Perspektiv: Uzunmüddətli əməkdaşlıq və karyera yüksəlişi imkanı
📋 Əsas Vəzifə və Öhdəliklər:
* Spotify, Apple Music, iTunes, Deezer, Amazon Music, Yandex Music və digər qlobal platformalarda artist profillərinin peşəkar şəkildə idarə olunması
* Spotify for Artists, Apple Music for Artists kimi analitik və idarəetmə panelləri ilə aktiv işlənilməsi
* Artist profillərinin yaradılması, rəsmi təsdiqlənməsi (verified), optimallaşdırılması, bioqrafiya və vizual materialların daim yenilənməsi
* Musiqi treklərinin sözlərinin (lyrics) Musixmatch, Genius və digər platformalar vasitəsilə yerləşdirilməsi və düzgünlüyünə nəzarət
* Yeni relizlərin bütün musiqi platformalarında vaxtında və qüsursuz yayımlanmasının yoxlanılması
* Səhv profillərə düşən treklərin ayrılması, profil birləşdirmələri və texniki platforma problemlərinin operativ araşdırılaraq həll edilməsi
* NK Media-nın korporativ imicinin inkişaf etdirilməsi, şirkətin LinkedIn səhifəsinin qurulması və idarə olunması
* Rəsmi veb-saytda yerləşən məlumatların aktuallığına nəzarət edilməsi, brendin internetdə vahid standartlarla təqdim olunması
* Musiqi bazarındakı yeni rəqəmsal alətlərin, trejdlərin araşdırılması və şirkət üçün tətbiqi yönündə təkliflərin irəli sürülməsi
🎯 Namizədə Qoyulan Tələblər:
* Texniki bacarıqlar: Rəqəmsal platformalar və internet xidmətləri ilə sərbəst işləmək, kompüterdən peşəkar səviyyədə istifadə etmək
* Sektor bilgisi: Musiqi industriyasına, rəqəmsal distribusiyaya böyük maraq və yuxarıda adı çəkilən musiqi platformaları haqqında anlayış (Spotify for Artists, Musixmatch və s. sistemlərlə iş təcrübəsi böyük üstünlükdür)
* Dil bilikləri: Platforma interfeysləri, dəstək xidmətləri və xarici yazışmalarla sərbəst işləməyə imkan verən səviyyədə ingilis dili bilikləri
* Şəxsi və peşəkar keyfiyyətlər:
* İnternetdə effektiv araşdırma aparmaq, qarşıya çıxan problemlərə müstəqil həll yolları tapmaq bacarığı
* Yeni sistem və proqram təminatlarını qısa zamanda sürətli öyrənmək qabiliyyəti
* Yüksək məsuliyyət, detallara qarşı diqqətlilik, brend təqdimatına və estetikaya həssas yanaşma
Müraciət üçün əlaqə vasitəsi: