İŞ ELANI
11.08.2026
Reels Maker tələb olunur
Supertoys MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
11/08/2026
Əmək haqqı
700
İş təcrübəsi
1 ildən az
Cins
Xanım, Bəy
Təhsil
Vacib deyil
Yaş həddi
18 - 30
İş haqqında ətraflı
Vakansiya Elanı: Reels Maker / Mobiloqraf
Şirkət: SuperToys mağazalar şəbəkəsi
Vəzifə: Reels Maker
İş yeri: Bakı şəhəri
Vəzifə Öhdəlikləri:
– Sosial şəbəkə hesabları üçün cəlbedici Reels videolarının və qısa formatlı kontentlərin çəkilişinin həyata keçirilməsi
– Kamera qarşısına çıxaraq sərbəst danışmaq, oyuncaq və uşaq məhsullarının canlı təqdimatını etmək
– Çəkilmiş xam materialların professional şəkildə montaj, rəng və səs korreksiyasının aparılması
– Sosial media trendlərini mütəmadi izləyərək səhifə üçün yeni və kreativ video ideyalarının irəli sürülməsi
– Instagram, TikTok və digər rəqəmsal platformalar üçün dinamik, baxımlı və interaktiv videoların hazırlanması
– TikTok və Instagram platformalarında mütəmadi olaraq canlı yayım sessiyalarının açılması və idarə olunması
Namizədə Qoyulan Tələblər:
– Təhsil: Orta təhsil
– İş təcrübəsi: Müvafiq sahə üzrə praktiki təcrübə
– Portfel: Namizədin əvvəllər çəkdiyi və montaj etdiyi iş nümunələrinin (portfolio) təqdim olunması vacibdir
– Yaş aralığı: 18 – 30 yaş
– Bacarıqlar: Müasir smartfonlarla yüksək keyfiyyətli mobil çəkiliş və video edit bacarığı
– Proqram təminatı: CapCut və ya digər populyar montaj tətbiqlərində sərbəst işləmək qabiliyyəti
– Platforma bilgisi: Instagram və TikTok alqoritmlərini, həmçinin funksionallığını dərindən bilmək
– Kamera davranışı: Kamera qarşısında utancaq olmamaq, rahat, enerjili və təbii tərzdə görünmək
– Şəxsi keyfiyyətlər: Geniş kreativ təfəkkür, yüksək məsuliyyət və işə improvizəli yanaşma
– Əlavə üstünlüklər: SMM və ya Mobiloqrafiya kursları üzrə sertifikatın olması, eləcə də süni intellekt (AI) alətlərindən yaradıcı prosesdə istifadə etmək bacarığı
İş Şərtləri və Qrafik:
– İş rejimi: Tam iş günü (Full-time)
– Əmək haqqı: Start aylıq baza məvacib 700 AZN + əlavə satış və performans bonusları
– Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tam rəsmi qeydiyyat
Müraciət Qaydaları:
Göstərilən meyarlara cavab verən namizədlərdən CV və portfoliolarını e-poçt məktubunun mövzu (subject) hissəsinə mütləq "Reels Maker" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Diqqət Edilməli Məqamlar:
Yalnız vakansiya şərtlərinə tam uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Yalnız qeyd olunan elektron poçt ünvanına və ya WhatsApp nömrəsinə daxil olan müraciətlər nəzərdən keçiriləcək.
Telefon zəngi vasitəsilə müraciət etmək qəti qadağandır və zənglər qəbul olunmur.
Vakansiya tam iş günü üçün nəzərdə tutulduğundan, tələbələr və part-time iş axtaranların müraciət etməməsi xahiş olunur.
Müraciət üçün əlaqə vasitəsi: