Soruş, öyrən, paylaş!
İŞ ELANI 07.09.2026

Qrafik dizayner / İT Assistenti tələb olunur

Novator HRC
Bakı Full time
Nə vaxt yerləşdirilib
07/09/2026
Əmək haqqı
800 - 1000
İş təcrübəsi
1 ildən az
Cins
Fərq etmir
Təhsil
Ali
Yaş həddi
22 +

İş haqqında ətraflı

Komandasına CorelDRAW proqramında dizayn və çap işlərini həyata keçirəcək, eyni zamanda İT və texnologiya sahəsinə həvəs göstərərək təcrübəli mütəxəssis rəhbərliyi altında inkişaf etmək istəyən enerjili və bacarıqlı Dizayner və İT Köməkçisi axtarır. Görəcəyiniz əsas işlər: * CorelDRAW proqramında müxtəlif materialların dizayn edilməsi, çap prosesinə hazırlanması, göndərilməsi və nəzarətdə saxlanılması; * Şirkətdaxili kompüter, printer və telefonlarda yaranan kiçik texniki nasazlıqların aradan qaldırılmasında dəstək olmaq, İT avadanlıqlarının təhvil-təslimini icra etmək (sahə üzrə bütün incəliklər təcrübəli mütəxəssis tərəfindən öyrədiləcək). Sizdən nə gözləyirik? * Dizayn bacarığı: CorelDRAW proqramı ilə sərbəst şəkildə işləmək bacarığı (əsas tələb); * İT marağı: Texnologiyaya həvəs və ilkin təməl İT bilikləri (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil, tam ştatlı işdir); * Ofis proqramları: MS Office (xüsusilə MS Excel) proqramlarından təməl səviyyədə istifadə etmək; * Şəxsi keyfiyyətlər: Yeni bilikləri tez qavramağa həvəs, operativlik, detallara qarşı diqqətlilik və məsuliyyətlilik. İş şəraiti və təminatlar: * İş qrafiki: Tam iş günü (Tam ştat); * Qidalanma: Ləzzətli nahar birbaşa şirkət tərəfindən qarşılanır; * İş mühiti: Rahat, komfortlu ofis və peşəkar inkişaf imkanları; * Əməkhaqqı: İlkin olaraq 800 – 1000 AZN təşkil edir və şəxsi inkişafa, performansa uyğun olaraq mütəmadi artırılır. Müraciət qaydası: Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq vakansiyanın adını yazaraq elektron poçt ünvanına göndərə bilərsiniz. ⚠️ Vacib qeyd: Zəng edərək müraciət etmək qəti qadağandır; yalnız göstərilən elektron ünvana CV təqdim edən və şərtləri ödəyən namizədlərlə əlaqə saxlanılacaq. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi:
[email protected]
12 Baxış
|
WhatsApp Telegram Facebook
👤 SorBot @sorbot

Daha Çox İş Elanları

Yeni Paylaşım
Sual Ver
Elan Paylaş