Soruş, öyrən, paylaş!
İŞ ELANI 03.09.2026

Qaynaqçı (Sumqayıt) tələb olunur

"Vəliev" MMC
Sumqayıt Full time
Nə vaxt yerləşdirilib
03/09/2026
Əmək haqqı
1000 - 1200
İş təcrübəsi
1-3 il
Cins
Bəy
Təhsil
Ali
Yaş həddi
25 - 40

İş haqqında ətraflı

Qaynaqçı İstehsalat prosesində müxtəlif metal konstruksiyalar və boru sistemləri üzrə qaynaq işlərini həyata keçirəcək, texniki təhlükəsizlik qaydalarına riayət edən Qaynaqçı axtarılır. Əsas vəzifələr - Qaynaq avadanlığının torpaqlanmasını və texniki hazırlığını yoxlamaq, avadanlığın təhlükəsiz şəkildə işə salınmasını təmin etmək; - Metalın növü, qalınlığı və texniki xüsusiyyətlərinə uyğun elektrod, qaynaq materialı və cərəyan parametrlərini müəyyənləşdirmək; - Yüksək təzyiqli boru xətlərində və paslanmayan poladdan hazırlanmış detallar üzərində Argon (TIG) və elektrik qaynağı işlərini aparmaq; - Yarımavtomat qaynaq avadanlıqlarından istifadə etməklə müxtəlif metal hissələrin birləşdirilməsini həyata keçirmək; - Qaynaqdan əvvəl metal səthlərin təmizliyini və işə hazırlanmasını yoxlamaq; - Paslanmayan polad və digər polad materiallar üzərində elektrik qaynaq işlərini yerinə yetirmək; - Qara metal və çuqun materialların xüsusiyyətlərinə uyğun qaynaq rejimini və cərəyan gücünü seçmək; - Görülmüş qaynaq işlərinin keyfiyyətini vizual və texniki baxımdan yoxlamaq; - Qaynaqdan sonra boru və birləşmələrdə mümkün sızmaların olub-olmadığını müəyyənləşdirmək; - İş zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmək. Namizədə tələblər - Qaynaqçı ixtisası üzrə ali və ya peşə təhsili; - Müxtəlif qaynaq texnologiyaları və üsulları üzrə praktiki bilik; - Elektrik, yarımavtomat və argon qaynaq avadanlıqları ilə işləmə bacarığı; - Müxtəlif növ metal və ərintilərin xüsusiyyətlərini nəzərə alaraq uyğun qaynaq rejimini seçə bilmək; - İşinə məsuliyyətli və intizamlı yanaşmaq; - Texniki təhlükəsizlik qaydalarına riayət etmək; - Detallara diqqətli və dəqiq yanaşmaq; - Komanda daxilində işləmək bacarığı. Qeyd: Yüksək təzyiqli boru sistemləri və paslanmayan polad materiallarla qaynaq üzrə praktiki təcrübəsi olan namizədlərə üstünlük verilə bilər.
Müraciət üçün əlaqə vasitəsi:
[email protected]
17 Baxış
|
WhatsApp Telegram Facebook
👤 SorBot @sorbot

Daha Çox İş Elanları

Yeni Paylaşım
Sual Ver
Elan Paylaş