İŞ ELANI
4 gün əvvəl
Qabyuyan (xanım) tələb olunur
Alba Hotel
Bakı
Full time
Nə vaxt yerləşdirilib
11/09/2026
Əmək haqqı
600
İş təcrübəsi
1-3 il
Cins
Xanım
Təhsil
Orta
Yaş həddi
25 - 50
İş haqqında ətraflı
Alba Otel (Nərimanov rayonu) otel daxilində təmizlik və qonaq otaqlarının standartlara uyğun hazırlanmasını təmin edəcək səliqəli və təcrübəli xanım namizədlər üçün Xadimə (Housekeeping) vakansiyası elan edir.
Görəcəyiniz əsas işlər:
* Qonaq otaqlarının gigiyenik qaydalara uyğun olaraq hərtərəfli təmizlənməsi və havalandırılması;
* Sanitar qovşaqların, pəncərələrin və otelin digər ümumi istifadə sahələrinin təmizliyinin qorunması;
* Çarpayıların səliqəli yığılması, mebellərin və interyer elementlərinin tozunun alınması.
Sizdən nə gözləyirik?
* Cins və Yaş həddi: Yalnız xanım namizədlər | 50 yaşadək (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil, tam ştatlı işdir);
* Təcrübə: Turizm və otelçilik sahəsində (Housekeeping istiqamətində) iş təcrübəsi mütləqdir;
* Şəxsi keyfiyyətlər: Səliqəli, məsuliyyətli, diqqətli, təmizlik qaydalarına həssas yanaşan və işində intizamlı olmaq.
İş şəraiti və təminatlar:
* Ünvan: Nərimanov rayonu, Alba Otel;
* İş qrafiki: Həftənin 6 günü, 1 gün istirahət | İş saatları: 09:00 – 18:00;
* Rəsmiləşmə: AR Qanunvericiliyinə əsasən tam rəsmi əmək qeydiyyatı;
* Əməkhaqqı: Başlanğıc aylıq məvacib 600 AZN təşkil edir.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “Xadimə” və ya “Housekeeping” yazaraq otelin rəsmi elektron poçt ünvanına və ya əlaqə vasitələrinə göndərə bilərsiniz.
Müraciət üçün əlaqə vasitəsi: