İŞ ELANI
08.09.2026
Promo (xanım) tələb olunur
Qaymaq mağazalar şəbəkəsi
Bakı
Full time
Nə vaxt yerləşdirilib
08/09/2026
Əmək haqqı
600
İş təcrübəsi
1 ildən az
Cins
Xanım
Təhsil
Orta
Yaş həddi
18 - 30
İş haqqında ətraflı
Qaymaq mağazalar şəbəkəsi (Səməd Vurğun küçəsi) müştərilərlə birbaşa ünsiyyət quracaq, məhsulların təqdimatını və dadım prosesini idarə edəcək gülərüz və təqdimat bacarığı olan xanım namizədlər üçün Promo Xanım vakansiyası elan edir.
Görəcəyiniz əsas işlər:
* Şirkətin məhsulları barədə mağazaya gələn müştərilərə ətraflı məlumat vermək, məhsulların təqdimatını və dadım (degustasiya) prosesini təşkil etmək;
* Müştərilərlə peşəkar və mehriban ünsiyyət qurmaq, onların suallarını cavablandıraraq yüksək müştəri məmnuniyyətini təmin etmək.
Sizdən nə gözləyirik?
* Təhsil və Təcrübə: Təhsil vacib deyil; satış sahəsində ilkin təcrübə isə arzuolunandır (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil, tam ştatlı işdir);
* Cins və Yaş: Yalnız xanım namizədlər | 18 – 30 yaş aralığı;
* Dil bilikləri: Səlis nitq qabiliyyəti ilə yanaşı, rus dilini mütləq bilmək tələb olunur;
* Şəxsi keyfiyyətlər: Səliqəli və xoş görünüş, yüksək ünsiyyətcillik.
İş şəraiti və təminatlar:
* İş yeri: Səməd Vurğun küçəsi;
* İş qrafiki: Həftənin 6 günü;
* Rəsmiləşmə: AR Qanunvericiliyinə əsasən tam rəsmi əmək qeydiyyatı;
* Əməkhaqqı: Başlanğıc sabit aylıq əməkhaqqı 600 AZN + əlavə bonuslar.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “Promo xanım” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Müraciət üçün əlaqə vasitəsi: