İŞ ELANI
12.08.2026
Pərakəndə Lizinq Nümayəndəsi tələb olunur
Prior Leasing
Xaçmaz
Full time
Nə vaxt yerləşdirilib
12/08/2026
Əmək haqqı
500 - 600
İş təcrübəsi
1-3 il
Cins
Xanım, Bəy
Təhsil
Orta
İş haqqında ətraflı
Şirkət: Prior Leasing
Vəzifə: Pərakəndə Lizinq Nümayəndəsi (Xaçmaz Filialı)
Davamlı böyüyən komandamızın Xaçmaz filialına dinamik, aktiv satış sahəsində özünə güvənən və səyyar iş rejimində çalışmağa həvəsli yeni komanda üzvü axtarırıq! Əgər siz də kənd təsərrüfatı texnikalarının lizinq satışı sahəsində təcrübə qazanmaq, potensial müştəri şəbəkəsini genişləndirmək və yüksək bonus imkanlarından yararlanmaq istəyirsinizsə, müraciətinizi gözləyirik.
Əsas Vəzifə Öhdəlikləri:
Şirkətin daxili standart və prosedurlarına uyğun olaraq daxil olan müraciətləri vaxtında və dəqiq emal etmək;
Təyin olunmuş həftəlik satış planı çərçivəsində kənd təsərrüfatı texnikaları və lizinq şərtləri haqqında müştərilərə ətraflı məlumat təqdim etmək;
Potensial müştəriləri aşkar etmək məqsədilə onların biznes ünvanlarına, təsərrüfat sahələrinə səfərlər təşkil etmək və yeni əməkdaşlıqlar qurmaq;
Şirkətin tanıtım və marketinq materiallarının təyin olunmuş ərazilərdə, yaşayış və iş məntəqələrində effektiv paylanılmasını təmin etmək.
Namizədə Olan Tələblər:
Təhsil: Minimum orta təhsil;
Təcrübə: Satış sahəsində ən azı 1 il iş təcrübəsi;
Cins: Bəy və xanım namizədlər;
Sürücülük: Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir (yanacaq və avtomobilin amortizasiya/təmir xərcləri şirkət tərəfindən ödənilir);
MS Office (xüsusilə Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
İşində dəqiq, dürüst, çevik və yüksək məsuliyyət hissinə malik olmaq;
Komanda ilə sıx və effektiv ünsiyyət qurmaq bacarığı.
İş Şərtləri və Təminatlar:
İş rejimi: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə);
İş saatları: 09:00 – 18:00;
İş yeri: Prior Leasing Xaçmaz filialı;
Maddi-texniki təminat: Noutbuk, korporativ nömrə və telefon, həmçinin yanacaq kartı şirkət tərəfindən təmin edilir;
Əmək haqqı: 500 – 600 AZN (başlanğıc fiks məvacib) + nəticələrə əsasən yüksək bonus sistemi;
Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə tam uyğun olaraq rəsmi əmək müqaviləsi.
Müraciət Qaydası:
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt vasitəsilə göndərə bilərlər:
E-poçt: [email protected]
Mövzu (Subject): Mütləq “Pərakəndə Lizinq Nümayəndəsi (Xaçmaz)” yazılmalıdır.
Vacib Qeydlər:
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Yalnız qeyd olunan e-poçt ünvanına daxil olan müraciətlər dəyərləndiriləcək.
Telefon zəngləri vasitəsilə müraciətlər qəbul edilmir.
Vakansiya tələbələr və part-time (yarımştat) iş axtaranlar üçün uyğun deyildir.
Müraciət üçün əlaqə vasitəsi: