İŞ ELANI
12.08.2026
Ofis Meneceri / İnzibati Köməkçi tələb olunur
Safe.az
Bakı
Full time
Nə vaxt yerləşdirilib
12/08/2026
Əmək haqqı
800 - 900
İş təcrübəsi
1-3 il
Cins
Fərq etmir
Təhsil
Ali
Yaş həddi
24 - 38
İş haqqında ətraflı
Vakansiya Elanı: Ofis Meneceri / İnzibati Köməkçi
İş Barədə Məlumat:
– İş rejimi: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə)
– İş saatları: 09:00 – 18:00
– İstirahət günləri: Şənbə və Bazar günü
Vəzifə Öhdəlikləri:
– Ofisə gələn qonaqların yüksək səviyyədə qarşılanması və onlara lazımi diqqətin göstərilməsi
– Rəhbər şəxsin iş qrafikinin tənzimlənməsi, gündəlik iş planının, görüşlərin, zənglərin və qəbulların əvvəlcədən hazırlanması
– Şirkətin elektron poçt ünvanına və əlaqə nömrələrinə daxil olan müraciətlərin, zənglərin cavablandırılması və müvafiq şöbələrə yönləndirilməsi
– Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq kommersiya təkliflərinin tərtib olunması və hazırlanması
– Rəhbərlik tərəfindən verilən digər operativ tapşırıqların vaxtında və məsuliyyətlə icra edilməsi
Namizədə Qoyulan Tələblər:
– Proqram təminatı: MS Word, MS Excel və MS Outlook proqramlarında səlis və sərbəst şəkildə işləmək bacarığı
– Peşəkar ünsiyyət, səliqəli görünüş və iş etikası qaydalarına tam riayət etmək
– Ofis daxili sənədləşmə və idarəetmə proseslərindən anlayışı olmaq
Müraciət üçün əlaqə vasitəsi: