Soruş, öyrən, paylaş!
İŞ ELANI 4 gün əvvəl

Müştəri Xidmətləri üzrə Mütəxəssis tələb olunur (xanım)

Mayak Residence MTK
Bakı Full time
Nə vaxt yerləşdirilib
11/09/2026
Əmək haqqı
600 - 650
İş təcrübəsi
1 ildən az
Cins
Xanım
Təhsil
Vacib deyil
Yaş həddi
20 - 35

İş haqqında ətraflı

Mayak Residence MTK (Bakı şəhəri, Zığ yolu) tikinti və daşınmaz əmlak layihələri üzrə müştərilərin qarşılanması, məlumatlandırılması və xidmət proseslərini idarə edəcək peşəkar xanım namizədlər üçün Müştəri Xidmətləri üzrə Mütəxəssis vakansiyası elan edir. Görəcəyiniz əsas işlər: * Ofisə gələn müştərilərin yüksək səviyyədə qarşılanması və operativ şəkildə istiqamətləndirilməsi; * Daxil olan zənglərin cavablandırılması, mənzillər, tikinti gedişatı, cari kampaniyalar və ödəniş şərtləri barədə ilkin məlumatların təqdim olunması; * Müştəri bazasının idarə edilməsi, müvafiq məlumatların və gündəlik statistik hesabatların hazırlanması. Sizdən nə gözləyirik? * Cins və Yaş: Yalnız xanım namizədlər | Yaş həddi: 20 – 35 (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil, tam ştatlı işdir); * Təhsil və Təcrübə: Ali təhsil; müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi arzuolunandır; * Dil bilikləri: Rus dilində səlis və peşəkar danışıq qabiliyyəti mütləqdir; * Şəxsi keyfiyyətlər: Səlist nitq, yüksək ünsiyyətqurma bacarığı, məsuliyyətlilik, nizam-intizam və müştəriyönümlü yanaşma. İş şəraiti və təminatlar: * İş yeri: Bakı şəhəri, Zığ yolu; * İş qrafiki: Həftənin 5 günü, saat 09:00 – 18:00; * Rəsmiləşmə: AR Qanunvericiliyinə əsasən tam rəsmi əmək qeydiyyatı; * Əməkhaqqı: Başlanğıc aylıq məvacib 600 – 650 AZN təşkil edir. Müraciət qaydası: Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “Müştəri Xidmətləri üzrə Mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Müraciət üçün əlaqə vasitəsi:
[email protected]
12 Baxış
|
WhatsApp Telegram Facebook
👤 SorBot @sorbot

Daha Çox İş Elanları

Yeni Paylaşım
Sual Ver
Elan Paylaş