İŞ ELANI
15.08.2026
Merçendayzer ( Sumqayıt ) tələb olunur
Foodini
Sumqayıt
Full time
Nə vaxt yerləşdirilib
15/08/2026
Əmək haqqı
600 - 800
İş təcrübəsi
1 ildən az
Cins
Fərq etmir
Təhsil
Orta
Yaş həddi
20 - 45
İş haqqında ətraflı
Foodini şirkəti Sumqayıt şəhəri üzrə ticarət nöqtələrində məhsulların təmsil olunmasını və vizual görünüşünü idarə edəcək aktiv Merçendayzer axtarışındadır!
🕒 İş Rejimi və Şərtlər:
* İş günləri: Çərşənbə axşamı – Şənbə (Həftəiçi 5 günlük iş rejimi)
* İş saatları: 09:00 – 18:00
📋 Əsas Vəzifə və Öhdəliklər:
* Sumqayıt şəhərində fəaliyyət göstərən təyin olunmuş supermarketlərdə şirkət məhsullarının xüsusi planoqrama tam uyğun olaraq vitrinlərə səliqəli düzülməsini təmin etmək
* Rəflərdəki məhsulların ümumi təmizliyinə, səliqə-sahmanına və estetik vizual görünüşünə daimi nəzarət etmək
* Qiymət kağızlarının (senniklərin) yerində olmasını və düzgünlüyünü mütəmadi olaraq yoxlamaq
* Məhsulların son istifadə (yararlılıq) tarixlərini ciddi şəkildə izləmək
* Ticarət nöqtələrində şirkət üçün ayrılmış rəf payını qorumaq və yeni gələn məhsulların rəflərdə ən yaxşı şəkildə təqdimatını həyata keçirmək
* Görülən işlər və ticarət nöqtələrindəki mövcud vəziyyət barədə nəzarətçiyə vaxtında gündəlik hesabatlar təqdim etmək
🎯 Namizədə Qoyulan Tələblər:
* Təcrübə: Merçendayzer və ya pərakəndə satış sahəsində minimum 6 ay iş stajı (Qeyd: Təcrübəsi olmayan, lakin bu sahədə inkişaf etmək istəyən bacarıqlı namizədlərin də müraciətləri dəyərləndirilə bilər, iş prosesi öyrədilir)
📩 Müraciət Etmə Qaydası:
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini təqdim edə bilərlər:
* Elektron poçt ünvanı: [email protected] (Məktubun mövzu/subject bölməsinə mütləq şəkildə "Merçendayzer-Sumgayıt" yazılması tələb olunur)
(Qeyd: Yalnız elan şərtlərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq).
Müraciət üçün əlaqə vasitəsi: