İŞ ELANI
01.09.2026
Mağaza administratoru tələb olunur
Ineo Group
Bakı
Full time
Nə vaxt yerləşdirilib
01/09/2026
Əmək haqqı
800 - 900
İş təcrübəsi
3-5 il
Cins
Xanım
Təhsil
Orta
İş haqqında ətraflı
INEO Group pərakəndə satış sektorunda fəaliyyət göstərən mağazanın gündəlik əməliyyatlarını, komandasını və satış hədəflərini idarə edəcək təcrübəli Mağaza administratoru axtarır.
Retail sahəsində güclü idarəçilik bacarıqlarına malik xanım namizədlər komandaya dəvət olunur.
Görəcəyiniz əsas işlər:
* Mağazanın gündəlik əməliyyat proseslərinə, kassa əməliyyatlarına və merçendayzinq standartlarına tam nəzarət etmək;
* Satış hədəflərinin (targetlərin) və KPI göstəricilərinin yerinə yetirilməsini izləmək, nəticələri artırmaq üçün tədbirlər görmək;
* Məhsul qəbulu, inventarizasiya, sayım, audit və anbar-mağaza transferlərinin düzgün icrasını təmin etmək, stok uyğunsuzluqlarını araşdırmaq;
* Heyətin idarə olunması: yeni işçilərin adaptasiyası, iş qrafiklərinin hazırlanması, davamiyyətə və daxili intizama nəzarət etmək;
* Təhlükəsizlik kameralarının izlənilməsi, texniki problemlərin həlli və rəhbərliyə aylıq fəaliyyət hesabatlarının təqdim olunması.
Sizdən nə gözləyirik?
* Təhsil və Təcrübə: Orta təhsil | Pərakəndə satış (retail) sahəsində mağaza administratoru və ya oxşar vəzifədə minimum 3 – 5 il iş təcrübəsi;
* Cins: Yalnız xanım namizədlər;
* Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
* Şəxsi keyfiyyətlər: Analitik düşüncə tərzi, rəqəmlərlə işləmək qabiliyyəti, stok və qiymət idarəçiliyində praktiki təcrübə;
* Qeyd: Tam ştat iş rejimi olduğundan, tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil.
İş şəraiti və təminatlar:
* İş qrafiki: Həftənin 6 günü (10:00 – 18:00);
* Rəsmiləşmə: AR Qanunvericiliyinə əsasən tam rəsmi əmək qeydiyyatı;
* Əməkhaqqı: Başlanğıc aylıq sabit məvacib 800 – 900 AZN + cəlbedici KPI bonusları.
Müraciət qaydası:
Şərtlər sizin üçün uyğundursa, CV-nizi mövzu (subject) hissəsinə mütləq “Mağaza administratoru” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
⚠️ Vacib qeyd: Zəng vasitəsilə müraciətlər qəbul olunmur, yalnız qeyd olunan e-mail ünvanına daxil olan müraciətlər nəzərdən keçiriləcək. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: