m10 hesabından səhvən edilən pul köçürməsini və ya ödənişi geri qaytarmaq mümkündür?
Mütləq tətbiqdəki əməliyyat tarixçəsindən həmin ödənişin identifikasiya nömrəsini (ID) götürün və dəstək xidmətinə təqdim edin, proses daha sürətli həll olunacaq.
Əgər ödənişi bank kartından m10 hesabına etmisinizsə və xəta veribsə, pul 1-3 gün ərzində avtomatik bank kartınıza qaytarılır. Amma m10-dan m10-a köçürmədə anında qarşı tərəfə çatdığı üçün əməliyyatı ləğv etmək bir az vaxt alır.
Nəzərə alın ki, PashaPay qarşı tərəfin icazəsi olmadan onun hesabından pulu birbaşa silib sizə verə bilməz. Əgər qarşı tərəf pulu artıq xərcləyibsə və ya geri qaytarmaqdan imtina edərsə, məsələ hüquqi müstəviyə keçir.
Ən yaxşı yol elə həmin nömrəyə özünüz nəzakətlə zəng edib və ya WhatsApp-da yazıb vəziyyəti başa salmaqdır. Şəxsən mənə bir dəfə səhvən 30 manat gəlmişdi, sahibi zəng elədi, dərhal m10 ilə özünə geri göndərdim.
Mənim də başıma gəlmişdi, kommunal ödəniş edəndə abonent kodunu səhv yazmışdım. Dərhal m10 dəstək çatına yazdım, ödəniş qəbzini göndərdim. Araşdırıb 2 iş günü ərzində pulu m10 balansıma geri qaytardılar.
İstifadəçi qaydalarında qeyd olunub ki, yanlış daxil edilən məlumatlara görə məsuliyyət istifadəçinin öz üzərinə düşür. Amma texniki dəstək komandası imkan daxilində yardımçı olmağa çalışır.
Səhvən başqa m10 hesabına pul göndərdikdə dərhal *8810 müştəri xidmətlərinə zəng edib əməliyyat haqqında məlumat verməlisiniz. Müştəri dəstək xidməti qarşı tərəflə əlaqə saxlayıb durumu izah edir və onun razılığı ilə pulu geri transfer edir.