1 gündə 2 kilo arıqlamaq üçün tətbiq edilən detoks üsulları hansılardır?
Bu 1 günlük ekspress üsuldur, hər gün etmək olmaz, ancaq təcili durumlar üçündür.
Bütün gün yaşıl çay və ilıq limonlu su içmək də metabolizmanı sürətləndirir.
Mən toy qabağı 1 günlük xiyar-qatıq detoksu etmişdim, səhər tərəzidə təmiz 1.8 kg azalma var idi. Qarın dümdüz olur.
Ağır yeməklərdən imtina edib axşam saat 6-dan sonra heç nə yeməsəniz də sabah yüngül oyanacaqsınız.
Duzlu və şoraba qidaları bu gün tamamilə unudun. Duz bədəndə su tutur. Duzsuz qidalandıqda növbəti gün tərəzidə 1.5-2 kq azalma görünür.
1 günə 2 kiloqram yalnız bədəndəki ödemi və bağırsaqdakı qalıqları təmizləməklə gedə bilər. Gün boyu yalnız qatıq və xıyar detoksu edin. 1 litr qatığa 3 xıyar və göyərti doğrayıb gün boyu yeyin.
Yaşıl alma və zəncəfil detoksu da çox yaxşı işləyir. Gün ərzində 2 litr xiyar, limon və nanəli su (Sassi suyu) içinsə bədən suyu sürətlə atacaq.