İŞ ELANI
04.09.2026
Kredit mütəxəssisi tələb olunur
GL ASC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
04/09/2026
Əmək haqqı
400 - 1200
İş təcrübəsi
Vacib deyil
Cins
Fərq etmir
Təhsil
Orta
Yaş həddi
18 - 30
İş haqqında ətraflı
GL ASC maliyyə sektorunda karyera qurmaq istəyən gənclər üçün Bakı və region filiallarında əməkhaqqılı Kredit Mütəxəssisi Təcrübə Proqramı elan edir.
Üç aylıq proqramı uğurla başa vuran namizədlər daimi tam ştat işlə təmin olunacaqlar.
Görəcəyiniz əsas işlər:
* Proqram çərçivəsində təşkil olunan təlimlərdə aktiv iştirak etmək və mentorun tapşırıqlarını yerinə yetirmək;
* Maliyyə sektorunun əsaslarını, satış üsullarını və lombard məhsullarının xüsusiyyətlərini öyrənmək;
* Qazanılan nəzəri bilikləri praktikada tətbiq edərək satış və kommunikasiya bacarıqlarını inkişaf etdirmək.
Sizdən nə gözləyirik?
* Yaş həddi: 18 – 30 yaş arası;
* Təhsil: Ali və ya orta ixtisas təhsili alan sonuncu kurs tələbələri, yaxud məzun gənclər;
* Şəxsi keyfiyyətlər: Maliyyə sahəsində inkişaf həvəsi, öyrənməyə açıqlıq, hədəflərlə işləmə bacarığı, pozitiv ünsiyyət və komanda ruhu.
İş şəraiti və təminatlar:
* Müddət: 3 aylıq ödənişli təcrübə proqramı (proqramı uğurla bitirənlər tam ştat işə qəbul olunurlar);
* İş qrafiki: Part-time (yarım gün) və ya Full-time seçimi;
* Üstünlük: Namizədlərin yaşadıqları ünvana yaxın filiallarda təcrübə keçmək imkanı;
* Əməkhaqqı: Təcrübə dövründən etibarən əməkhaqqı və bonus sistemi tətbiq olunur.
Müraciət qaydası:
Tələblərə cavab verirsinizsə, elan üzrə müraciət edərək maliyyə sahəsində peşəkar karyeranıza ilk addımı ata bilərsiniz. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: