İŞ ELANI
27.08.2026
Korporativ Satiş Meneceri (xanım, bəy) tələb olunur
İnteko MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
27/08/2026
Əmək haqqı
600 - 700
İş təcrübəsi
3-5 il
Cins
Xanım, Bəy
Təhsil
Orta
Yaş həddi
24 +
İş haqqında ətraflı
İnteko MMC komandasına təcrübəli Satış Mütəxəssisi axtarılır!
Maliyyə, idarəetmə və proqram təminatı sahəsində korporativ xidmətlər təqdim edən İnteko MMC olaraq, satış komandamızı gücləndirəcək aktiv və peşəkar mütəxəssis dəvət edirik. Əgər B2B satış sahəsində güclü təcrübən varsa və həm ofis daxilində, həm də səyyar (hibrid) rejimdə uğurla işləyə bilərsənsə, bu fürsəti dəyərləndirə bilərsən.
İş şəraiti və imkanlar:
İş rejimi: Hibrid format (ofisdaxili fəaliyyət ilə yanaşı, ofisdən kənarda korporativ müştərilərlə görüşlər və yeni müştərilərin cəlb edilməsi);
İş saatları: 10:00 – 17:00 (müştəri görüşlərinin qrafikindən və iş planından asılı olaraq saatlarda çevik dəyişikliklər oluna bilər);
Maaş: Sabit 600 – 700 AZN + satış nəticələrinə əsaslanan əlavə bonus sistemi (satış göstəriciləri artdıqca daha yüksək gəlir əldə etmək imkanı).
Gündəlik öhdəliklərin nə olacaq?
Potensial müştərilərin araşdırılması və şirkətin müştəri bazasının mütəmadi olaraq genişləndirilməsi;
Şirkətin təqdim etdiyi peşəkar xidmətlərin korporativ seqmentə tanıdılması və satışı;
Telefon, e-mail, WhatsApp, LinkedIn və digər kommunikasiya kanalları vasitəsilə ilkin əlaqələrin qurulması;
Müştərilərin biznes ehtiyaclarının dəqiq müəyyənləşdirilməsi və uyğun həllərin təklif olunması;
Korporativ müştərilərlə birbaşa görüşlərin təşkil edilməsi və peşəkar səviyyədə keçirilməsi;
Ehtiyaclara uyğun kommersiya təkliflərinin hazırlanması, satış danışıqlarının aparılması və etirazların idarə olunması;
Satış prosesinin başlanğıc mərhələsindən müqavilənin bağlanmasınadək operativ şəkildə idarə edilməsi;
Mövcud tərəfdaşlarla işgüzar əlaqələrin möhkəmləndirilməsi və əlavə əməkdaşlıq imkanlarının tapılması;
Görülən işlərin və müştəri məlumatlarının CRM sistemində vaxtında qeydiyyatı, həmçinin rəhbərliyə mütəmadi hesabatların təqdim olunması.
Səndən nə gözləyirik?
Təcrübə: Satış sahəsində ən azı 3 il iş təcrübəsi (B2B və korporativ satış istiqaməti güclü üstünlükdür);
Şəxsi keyfiyyətlər: Nəticəyönümlü, aktiv, məsuliyyətli, güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və rus dili biliyi;
Görünüş və tərz: Səliqəli xarici görünüş və işgüzar geyim tərzinə hər zaman riayət olunması;
Namizəd: Xanım və ya bəy namizədlər.
Müraciət qaydası:
Tələblər sənin üçün uyğundursa, CV-ni mövzu (subject) hissəsinə mütləq "Satış Mütəxəssisi" yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsən. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: