İŞ ELANI
11.08.2026
Kontinental mağazalar şəbəkəsindən vakansiya
Nurgün Qrup MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
11/08/2026
Əmək haqqı
600 - 750
İş təcrübəsi
1 ildən az
Cins
Xanım, Bəy
Təhsil
Vacib deyil
İş haqqında ətraflı
Vakansiya: Anbardar
Şirkət: Nurgün Qrup MMC (“Kontinental” Mağazalar Şəbəkəsi)
Vəzifə: Anbardar
Vəzifə öhdəlikləri:
– Müvafiq sənədlər əsasında məhsulların qəbul edilməsi və satışa (təhvil verilməsinə) yönləndirilməsi;
– Anbara daxil olan malların təyinatına görə yerləşdirilməsi və çeşidlənməsi;
– Məhsul dövriyyəsinin operativ və dəqiq uçotunun aparılması;
– Zəruri malların ehtiyatına daimi nəzarət olunması;
– Bitmək üzrə olan və ya bitmiş malların vaxtında sifariş edilməsi və təminatının həyata keçirilməsi;
– Anbarda mütəmadi olaraq inventarizasiya və sayımların aparılması;
– Birbaşa rəhbərliyin tapşırıqlarının operativ, vaxtında və məsuliyyətlə yerinə yetirilməsi;
Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil (üstünlükdür)
– İş təcrübəsi: Mağazalar şəbəkəsində anbar təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
– Yaş həddi: 25–35 arası namizədlər
– Ünsiyyət qurmaq bacarığı;
– Komanda ilə işləmək bacarığı;
– Operativ və dəqiq işləmək bacarığı;
– Kompüterdə sərbəst işləmək bacarığı;
– Məsuliyyətli, dəqiq, ciddi və səliqəli olmaq;
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Səbail rayonu, Nizami küçəsi 68
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat təşkil edir + 100–150 AZN bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbardar” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
Diqqət:
Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
Zəng üzərindən müraciətlər qəbul olunmur
Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Müraciət üçün əlaqə vasitəsi: