İŞ ELANI
02.09.2026
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis tələb olunur
Az Protein Foods Group MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
02/09/2026
Əmək haqqı
1000 - 1200
İş təcrübəsi
1-3 il
Cins
Xanım, Bəy
Təhsil
Ali
İş haqqında ətraflı
Azprotein Foods Group MMC istehsalat prosesində standartların qorunması, xammaldan hazır məhsula qədər bütün mərhələlərdə sanitar-gigiyena qaydalarına nəzarət edilməsi məqsədilə təcrübəli mütəxəssis axtarır.
Müəssisəmiz Buzovna qəsəbəsində yerləşir (Koroğlu metrosundan xüsusi servis mövcuddur, yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir).
Görəcəyiniz əsas işlər:
* İstehsal olunan məhsulların keyfiyyətə nəzarət prosesinin izlənməsi və bütün təlimatlara uyğun icra olunmasının təmin edilməsi;
* Xammalın qəbulundan tutmuş son məhsulun müştərilərə göndəriləcəyi ana qədər bütün mərhələlərin və anbar şəraitinin nəzarətdə saxlanılması, müvafiq sənədləşmələrin aparılması;
* Sanitar-gigiyena norma və qaydalarına qüsursuz riayət olunmasına nəzarət edilməsi, qida təhlükəsizliyi yoxlamalarının aparılması;
* Uyğun olmayan məhsullar aşkar edildikdə dərhal rəhbərliyə məlumat verilməsi və mütəmadi olaraq hesabatların hazırlanması.
Sizdən nə gözləyirik?
* Təhsil: Qida mühəndisliyi, Kimya, Mikrobiologiya və ya oxşar ixtisaslar üzrə ali təhsil;
* Təcrübə: Müvafiq sahə üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil);
* Sertifikatlar: ISO 9001:2015, ISO 22000 və ISO 170025 standartlarının tələblərini bilmək və müvafiq sertifikatlara sahib olmaq arzuolunandır;
* Biliklər: Əməyin mühafizəsi, qida təhlükəsizliyi qaydaları, MS Office (Word, Excel, Outlook) və 1C proqramı üzrə ilkin biliklər.
İş şəraiti və təminatlar:
* İş yeri: Buzovna qəsəbəsi (Koroğlu metrosundan xidməti servis təmin olunur);
* İş qrafiki: Həftənin 6 günü (iş saatı 16:00-da başlayır);
* Qidalanma: İsti nahar şirkət tərəfindən verilir;
* Rəsmiləşmə: AR Qanunvericiliyinə əsasən tam rəsmi əmək qeydiyyatı;
* Əməkhaqqı: Başlanğıc aylıq məvacib 1000 – 1200 AZN təşkil edir.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
⚠️ Vacib qeyd: Zəng edərək müraciət etmək qəti qadağandır; yalnız göstərilən e-poçt ünvanına CV təqdim edən və tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: