IELTS və TOEFL imtahanlarına hazırlaşmaq üçün ən keyfiyyətli kurslar hansılardır?
TOEFL kompyuter üzərindən olduğu üçün klaviaturada sürətli yazmaq və mikrofona danışmaq vərdişi də vacibdir.
Writing və Speaking bölmələri üçün müəllimin fərdi feedbak (rəy) verməsi çox vacibdir, yoxsa inkişaf etmək çətin olar.
İmtahan tarixini öncədən təyin edib planlı hazırlaşın.
İmtahana başlamazdan əvvəl ümumi ingilis dili səviyyəniz ən azı B2 olmalıdır, yoxsa hazırlıq çox uzun çəkər.
Uğurlar diləyirəm imtahanda.
IELTS hazırlığında ən vacib məqam yalnız ingilis dili biliyi yox, İMTAHAN STRATEGİYASINI və vaxtı idarə etməyi öyrənəkdir.
Qiymətlər IELTS hazırlığında bir az baha olur, aylıq 150-250 manat arası dəyişir.
Hər həftə sonu tam formatda Mock Exam (Sınaq imtahanı) təşkil edən kursları seçin.
Cambridge IELTS Official Test seriyasındakı kitabları tam işləmək imtahan suallarının məntiqini başa düşməyə kömək edir.
Sınaq dərsində müəllimin sizə dəqiq oxu və dinləmə texnikalarını göstərib-göstərmədiyini yoxlayın.
Özünüz də evdə hər gün azı 1 saat müstəqil test işləməlisiniz.
Müəllimin özünün şəxsi IELTS sertifikatı (ən azı 8.0+) və təcrübəsi olmasına mütləq diqqət edin.
Mən 3 ay intensiv hazırlıqla 7.0 bal topladım, əsas iş müəllimin Writing əsselərimi dəqiq yoxlaması oldu.
Speaking üçün Native speaker aparıcıları olan kurslar böyük üstünlükdür.