SOCAR daxili təqaüd proqramına kimlər müraciət edə bilər və hansı kurslar uyğundur?
Əgər akademiya göstəriciləriniz yaxşıdırsa və 1-ci kurs deyilsinizsə, mütləq şansınızı sınayın.
Mən 2-ci kursda müraciət edib qazanmışdım. Birinci kursların qiymətləndirmə bazası olmadığı üçün onları proqramdan kənarda saxlayırlar.
Magistratura tələbələrinə çox böyük üstünlük verilir, istər əyani olsun istər qiyabi rahatlıqla profil açaraq sənəd verə bilərsiniz.
Xüsusilə mühəndislik, neft-qaz, geologiya və kimya ixtisaslarında oxuyan tələbələrin şansı daha yüksək olur.
Bakalavrda qiyabi oxuyanlar təəssüf ki müraciət edə bilmir. Yalnız əyani bakalavrlar üçün nəzərdə tutulub.
Keçən il bizim qrupdan iki nəfər müraciət etmişdi, ikisi də ikinci kurs əyani tələbəsi idi və müsabiqədən keçdilər.
Qaydalar rəsmi saytda da belə göstərilib: 1-ci kurs bakalavrlar gözləməlidir, 2, 3 və 4-cü kurslar müraciət edə bilər.
Bakalavr pilləsinin 1-ci kursunda təhsil alan tələbələr istisna olmaqla, bakalavr üzrə yalnız əyani, magistr üzrə isə həm əyani, həm də qiyabi təhsil alan tələbələr müraciət edə bilərlər.
Müraciət şərtləri kifayət qədər aydındır, əsas məsələ semestr qiymətlərinizin yuxarı olmasıdır.