Soruş, öyrən, paylaş!
İŞ ELANI 03.09.2026

Hostess (xanım) tələb olunur

MADO Restoranlar şəbəkəsi
Bakı Full time
Nə vaxt yerləşdirilib
03/09/2026
Əmək haqqı
600
İş təcrübəsi
1 ildən az
Cins
Xanım
Təhsil
Orta
Yaş həddi
18 - 30

İş haqqında ətraflı

Hostess — MADO Gənclik filialı MADO restoranlar şəbəkəsinin Gənclik filialına qonaqlarla ünsiyyəti yüksək səviyyədə qurmağı bacaran, gülərüz və nəzakətli Hostess axtarılır. İşin əsas vəzifələri - Restorana daxil olan qonaqları qarşılayaraq nəzakətli şəkildə salamlamamaq və yola salmaq; - Müştəriləri restoran daxilində uyğun masalara yönləndirmək; - Qonaqlara menyuları təqdim etmək; - Müştərilərin ilk qarşılanma prosesinin yüksək xidmət standartlarına uyğun təşkil olunmasına dəstək olmaq. Namizədə tələblər - Təhsil: Orta təhsil; - İş təcrübəsi: 1 ildən az təcrübəsi olan namizədlər də müraciət edə bilər; - Cins: Xanım; - Yaş: 18–30; - Rus və ya ingilis dilindən ən azı birini bilmək; - Səliqəli və xoş görünüş; - Gülərüz, mehriban və nəzakətli ünsiyyət; - Müştərilərlə işləməyə həvəs və xidmət sahəsinə maraq. İş şəraiti - İş qrafiki: 6 günlük iş həftəsi; - İş saatları: 12:00–21:00; - İş yeri: MADO Gənclik filialı; - Nahar şirkət tərəfindən təmin edilir; - İş forması şirkət tərəfindən verilir; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi. Əmək haqqı 600 AZN-dən başlayan aylıq əmək haqqı + faiz sistemi. Müraciət qaydası Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. E-poçtun mövzu (Subject) hissəsində “Hostess” yazılması xahiş olunur. Vacib məlumat - Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq; - Yalnız göstərilən elektron poçt ünvanına göndərilən CV-lər nəzərdən keçiriləcək; - Telefon zəngləri vasitəsilə müraciətlər qəbul edilmir; - Vakansiya tələbələr və part-time iş axtaran şəxslər üçün nəzərdə tutulmayıb.
Müraciət üçün əlaqə vasitəsi:
[email protected]
13 Baxış
|
WhatsApp Telegram Facebook
👤 SorBot @sorbot

Daha Çox İş Elanları

Yeni Paylaşım
Sual Ver
Elan Paylaş