Soruş, öyrən, paylaş!
İŞ ELANI 19.08.2026

Ekspeditor tələb olunur

Asor Group
Bakı Full time
Nə vaxt yerləşdirilib
19/08/2026
Əmək haqqı
2000 - 2300
İş təcrübəsi
1-3 il
Cins
Bəy
Təhsil
Ali
Yaş həddi
30 - 45

İş haqqında ətraflı

Avtomobil mühərrik yağlarının, soyuducu mayelərin və keyfiyyətli antifrizlərin topdan və pərakəndə satışını həyata keçirən şirkətimiz regionlar üzrө satış prosesini və logistikanı idarə edəcək təcrübəli Bölgə Satış Təmsilçisi / Sürücü axtarışını elan edir! 💼 Şirkət Tərəfindən Təmin Olunur: * Nəqliyyat: Xidməti avtomobil birbaşa şirkət tərəfindən təqdim olunur * Xərclər: Yanacaq, avtomobilin amortizasiyası və bütün ezamiyyət xərcləri tam olaraq şirkət tərəfindən qarşılanır * İş yeri və rejimi: Azərbaycan Respublikasının regionları üzrə ezamiyyətlər; iş qrafiki həftənin 6 günü (09:00 – 18:00), bazar günü isə istirahətdir * Rəsmiləşdirmə: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun tam rəsmi sənədləşmə 📋 Əsas Vəzifə və Öhdəliklər: * Azərbaycanın müxtəlif bölgələrinə mütəmadi ezamiyyətlərə getmək və bölgələrdə aktiv satış fəaliyyəti həyata keçirmək * Qarşıya qoyulan satış hədəflərini vaxtında və müvvəffəqiyyətlə icra etmək * Təyin olunmuş marşrut (rut) üzrə hərəkətə nəzarət etmək və yeni tərəfdaşlar/müştərilər taparaq məhsulları təqdim etmək * Müştərilər tərəfindən yaranan borcların vaxtında yığılmasını təmin etmək və həmin gün kassaya təhvil vermək * Məhsulların anbardan ədəd və qutu sayı ilə tam dəqiq yoxlanılaraq təhvil alınması, maşına təhlükəsiz yüklənməsi və müştəriyə çatdırılması * Satış və paylama prosesi ilə əlaqədar rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək 🎯 Namizədə Qoyulan Tələblər: * Cins və Yaş: Yalnız bəy namizədlər; yaş həddi 30 – 45 arası * Təhsil: Ali təhsil olması üstünlükdür * İş təcrübəsi: Satış sahəsində və ya müvafiq sahə üzrə minimum 1 ildən 3 ilə qədər iş stajı * Sürücülük bacarıqları: B və C kateqoriyalı sürücülük vəsiqəsi (mütləq şəkildə Mercedes Atego markalı yük avtomobilini idarə etməyi bacarmalıdır) * Biliklər: Bakı şəhərini və Azərbaycanın regionlarını, rayon yollarını yaxşı tanımaq * Şəxsi keyfiyyətlər: Satış qabiliyyəti, məsuliyyətlilik, səyyar iş rejimində işləməyə tam hazır olmaq
Müraciət üçün əlaqə vasitəsi:
[email protected]
35 Baxış
|
WhatsApp Telegram Facebook
👤 SorBot @sorbot

Daha Çox İş Elanları

Yeni Paylaşım
Sual Ver
Elan Paylaş