İŞ ELANI
25.08.2026
CCTV və GPS İzləmə Operatoru tələb olunur
Organic meat llc
Bakı
Full time
Nə vaxt yerləşdirilib
25/08/2026
Əmək haqqı
600 - 800
İş təcrübəsi
Vacib deyil
Cins
Fərq etmir
Təhsil
Vacib deyil
Yaş həddi
25 - 40
İş haqqında ətraflı
Təhlükəsizlik və logistika sistemlərinin idarə olunması sahəsində fəaliyyət göstərən “ELSON GROUP” MMC nəzarət proseslərini həyata keçirəcək təcrübəli kadrlar axtarır! Şirkət yük avtomobillərinin hərəkətini izləyəcək və video-nəzarət sistemlərinə nəzarət edəcək CCTV və GPS Operatoru vakansiyasını elan edir.
💼 Şirkət Tərəfindən Təmin Olunur:
* Başlanğıc əməkhaqqı: 600 – 800 AZN (namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq)
* Rəsmiləşdirmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tam rəsmi qeydiyyat
* İş qrafiki: Həftə içi / 09:00 – 19:00
* İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi
📋 Əsas Vəzifə və Öhdəliklər:
* Video-nəzarət (CCTV) kameraları vasitəsilə şirkət ərazisinin, anbarların və daxili proseslərin fasiləsiz izlənilməsi, təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi
* Şirkətin yük avtomobillərinin hərəkətinin GPS izləmə sistemləri üzərindən real vaxt rejimində monitorinqinin aparılması
* Nəqliyyat vasitələrinin təyin olunmuş marşrutdan kənara çıxmasının, icazəsiz dayanacaqların, sürət həddi aşmalarının və yanacaq sərfiyyatı üzrə anomaliyaların dərhal müəyyənləşdirilməsi
* Hər hansı qaydazuntusu və ya şübhəli hal aşkar edildikdə dərhal rəhbərliyə məlumat verilməsi və müvafiq qeydiyyatın aparılması
* Sürücülərin iş rejiminə, hərəkət qrafiklərinə, eləcə də təhvil-təslim vaxtlarına nəzarət edilməsi
* Növbə sonu və aylıq monitorinq hesabatlarının peşəkar səviyyədə hazırlanaraq aidiyyəti şöbəyə təqdim olunması
🎯 Namizədə Qoyulan Tələblər:
* Təhsil: Orta ixtisas və ya ali təhsil
* İş təcrübəsi: CCTV monitorinqi, dispetçer və ya GPS izləmə sahəsində minimum 1 il iş stajı (nəqliyyat və ya logistika sektorunda təcrübənin olması böyük üstünlükdür)
* Texniki və kompüter bilikləri:
* GPS naviqasiya sistemləri (Wialon, Omnicomm və s.) və CCTV nəzarət avadanlıqları ilə işləmək bacarığı
* MS Office proqramlarından sərbəst istifadə etmək qabiliyyəti
* Şəxsi keyfiyyətlər: Fövqəladə vəziyyətlərdə operativ qərarvermə, yüksək diqqətlilik, güclü məsuliyyət hissi və gərgin iş rejimində işləmək bacarığı
📩 Müraciət Etmə Qaydası:
Göstərilən şərtlərə cavab verən və bu vakansiyada çalışmaq istəyən namizədlər sənədlərini təqdim edə bilərlər:
* Elektron poçt ünvanı: [email protected] (Məktubun mövzu / subject hissəsinə mütləq şəkildə “CCTV və GPS Operatoru” yazılması xahiş olunur)
Müraciət üçün əlaqə vasitəsi: