İŞ ELANI
01.09.2026
Beynəlxalq Satınalma və Məhsul İnkişafı üzrə Mütəxəssis tələb olunur
MedProduct
Bakı
Full time
Nə vaxt yerləşdirilib
01/09/2026
Əmək haqqı
800 - 1000
İş təcrübəsi
1-3 il
Cins
Xanım
Təhsil
Ali (Bakalavr)
Yaş həddi
22 - 40
İş haqqında ətraflı
Tibb və stomatologiya sektorunda idxal, distribusiya və marketinq istiqamətində fəaliyyət göstərən MedProduct MMC şirkəti stomatoloji məhsul portfelini genişləndirmək məqsədilə xanım namizədlər üçün Beynəlxalq Məhsul İnkişafı və Satınalma üzrə Mütəxəssis vakansiyası elan edir.
Beynəlxalq əlaqələr qurmağa, analitik araşdırmalara həvəsli olan və bu sahədə inkişaf etmək istəyən namizədlər (hətta təcrübəsi olmayanlar belə) müraciət edə bilərlər.
Görəcəyiniz əsas işlər:
* Qlobal miqyasda stomatoloji məhsul istehsalçılarının, təchizatçıların və potensial tərəfdaşların ətraflı araşdırılaraq müəyyən edilməsi;
* Şirkətin portfeli üçün yüksək bazar potensialına malik innovativ və keyfiyyətli məhsulların axtarışının aparılması;
* Xarici təchizatçılarla e-mail və video görüşlər vasitəsilə əlaqə qurulması, qiymət, minimum sifariş həddi və kommersiya şərtləri üzrə danışıqların aparılması;
* Məhsulların qeydiyyatı üçün tələb olunan texniki və normativ sənədlərin toplanması, idxal-logistika və gömrük proseslərinin koordinasiya edilməsi;
* Görülən işlər, danışıqlar və layihələrin gedişatı barədə rəhbərliyə mütəmadi olaraq gündəlik hesabatların təqdim olunması.
Sizdən nə gözləyirik?
* Təhsil və Cins: Bakalavr dərəcəsi | Yalnız xanım namizədlər;
* Dil bilikləri: İngilis dilində həm yazılı, həm də şifahi şəkildə sərbəst ünsiyyət qurmaq bacarığı (minimum B2 səviyyəsi);
* Kompüter bilikləri: MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmək bacarığı;
* Şəxsi keyfiyyətlər: Güclü analitik və tənqidi düşüncə, detallara yüksək diqqət, punktuallıq, müstəqil araşdırma aparmaq qabiliyyəti və beynəlxalq ticarət sahəsini öyrənməyə böyük həvəs.
İş şəraiti və təminatlar:
* İş qrafiki: Həftəiçi 5 iş günü (09:30 – 17:30);
* İş yeri: Səttar Bəhlulzadə küçəsi 111, Bakı;
* Əməkhaqqı: Aylıq 800 – 1000 AZN (Gross) aralığında təşkil edir.
Müraciət qaydası:
Şərtlər və tələblər sizin üçün uyğundursa, CV-nizi təqdim edərək MedProduct MMC komandasına qoşula bilərsiniz. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: