İŞ ELANI
04.09.2026
Barista tələb olunur
Xurcun mağazalar şəbəkəsi
Bakı
Full time
Nə vaxt yerləşdirilib
04/09/2026
Əmək haqqı
700
İş təcrübəsi
1-3 il
Cins
Fərq etmir
Təhsil
Ali
Yaş həddi
21 - 30
İş haqqında ətraflı
Xurcun Coffee and Chain of Boutiques premium butiklər şəbəkəsinin Ağ Şəhər və Xətai filiallarında çalışacaq, qəhvə mədəniyyətini yüksək səviyyədə təmsil edəcək peşəkar Barista axtarırıq.
Sakit, rahat və mehriban iş atmosferimizə uyğunlaşacaq namizədləri komandamıza dəvət edirik.
Görəcəyiniz əsas işlər:
* Müxtəlif növ isti və soyuq qəhvə içkilərinin premium xidmət standartlarına və resepturaya tam uyğun şəkildə hazırlanıb təqdim olunması;
* Qonaqların səmimi qarşılanması, onlara yüksək səviyyədə xidmət göstərilməsi və müştəri məmnuniyyətinin təmin edilməsi;
* Şirkət tərəfindən daxil olan məhsulların qəbul edilməsi, onların uçotunun aparılması, həmçinin iş sahəsində təmizlik və sanitariya qaydalarına qüsursuz riayət olunması.
Sizdən nə gözləyirik?
* Yaş həddi: 21 – 30 yaş aralığı;
* Təcrübə: Barista sahəsində minimum 2 il iş təcrübəsi (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil);
* Dil bilikləri: Rus dilində səlis və sərbəst danışıq bacarığı (mütləqdir);
* Texniki bacarıqlar: Qəhvə maşını, qəhvəüyüdən (grinder) və digər peşəkar barista avadanlıqları ilə sərbəst işləmək bacarığı;
* Şəxsi keyfiyyətlər: Qida təhlükəsizliyi qaydalarını bilmək, müştəriyönümlü yanaşma, nəzakətlilik, səlis nitq, yüksək məsuliyyət, intizam və komandada operativ işləmək qabiliyyəti.
İş şəraiti və təminatlar:
* İş yerləri: Ağ Şəhər və Xətai filialları;
* İş qrafiki: Həftə içi 9 saatlıq növbəli rejim;
* İstirahət: Həftədə 1 dəfə;
* Əməkhaqqı: Sabit net əməkhaqqı 700 AZN təşkil edir.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “Barista” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
⚠️ Vacib qeyd: Zəng edərək müraciət etmək qəti qadağandır; yalnız göstərilən e-poçt ünvanına CV təqdim edən və şərtlərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: