İŞ ELANI
27.08.2026
Bağban tələb olunur
Royal Park Baku
Bakı
Full time
Nə vaxt yerləşdirilib
27/08/2026
Əmək haqqı
600
İş təcrübəsi
1 ildən az
Cins
Bəy
Təhsil
Vacib deyil
Yaş həddi
25 - 55
İş haqqında ətraflı
Royal Park Baku-dan elan: Peşəkar Bağban axtarılır!
Paytaxtın prestijli məkanlarından biri olan Stonpey (Royal Park Baku) ərazisində yaşıllıqlara qulluq edəcək, bitkilərin dilini bilən və işinə məsuliyyətlə yanaşan təcrübəli bağban bəy namizəd axtarırıq. Əgər təbiətlə işləməyi sevir və yaşıllıqların qorunmasında öz töhfəni vermək istəyirsənsə, bu fürsəti dəyərləndirə bilərsən.
Görəcəyin əsas işlər:
* Ağaclara və digər bitkilərə vaxtında və düzgün qulluq göstərilməsi;
* Ağacların və kolların tələblərə uyğun şəkildə budanması və dekorativ formalara salınması;
* Zəruri hallarda kimyəvi maddələrdən və pestisidlərdən təhlükəsizlik qaydalarına riayət etməklə istifadə edilməsi;
* Bitkilərdə yaranan zədələrin aşkarlanması, aradan qaldırılması və ya bərpa olunması;
* Ərazinin, meydançaların və həyətyanı yolların ağac köklərindən, kəsiklərindən təmizlənməsi;
* Əmələ gələn tullantıların toplanaraq müvafiq ayrılmış yerə daşınması;
* Suvarma və ümumi yaşıllaşdırma işlərinin vaxtlı-vaxtında həyata keçirilməsi.
Səndən nə gözləyirik?
* Təhsil: Vacib deyil;
* Təcrübə: 1 ilə qədər iş təcrübəsi;
* Cins və Yaş: Yalnız bəy namizədlər | 25 – 45 yaş aralığı;
* Qeyd: Tam ştat iş rejimi olduğundan, tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil.
İş şəraiti və imkanlar:
* Qrafik: 6 günlük iş həftəsi (şənbə qısa iş günü);
* İş saatları: Həftəiçi 07:00 – 15:00 | Şənbə günü: 07:00 – 12:00;
* İş yeri: Royal Park Baku;
* Rəsmiləşmə: AR Əmək Məcəlləsinə uyğun tam rəsmi əmək müqaviləsi;
* Maaş: Başlanğıc üçün sabit 600 AZN.
Müraciət qaydası:
Şərtlər sənin üçün uyğundursa, CV-ni mövzu (subject) hissəsinə mütləq "Bağban" yazaraq [email protected] ünvanına göndərə bilərsən.
⚠️ Vacib qeydlər:
* Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
* Yalnız qeyd olunan elektron poçt ünvanına gələn CV-lərə baxılır (zənglərlə müraciət qəbul olunmur).
Müraciət üçün əlaqə vasitəsi: