İŞ ELANI
4 gün əvvəl
Sürücü tələb olunur
Antaris QSC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
11/09/2026
Əmək haqqı
700
İş təcrübəsi
1-3 il
Cins
Fərq etmir
Təhsil
Orta
Yaş həddi
20 - 35
İş haqqında ətraflı
Binəqədi qəsəbəsində (Bravo Hipermarket yaxınlığı) yerləşən müəssisə üçün Ford Transit markalı avtomobillərlə mal daşınması və çatdırılmasını həyata keçirəcək məsuliyyətli Sürücü-Ekspeditor axtarılır.
Görəcəyiniz əsas işlər:
* Satış qaiməsinə əsasən məhsulların anbardan tam şəkildə təhvil alınması, müştərilərə operativ çatdırılması və təhvil-təslim prosesinin icrası;
* Yerli alışlar zamanı malların təchizatçılardan sifarişlərə uyğun qəbul olunaraq şirkətin anbarına təhvil verilməsi;
* Çatdırılma supervayzerinin və anbar rəhbərliyinin tapşırıqlarının vaxtında yerinə yetirilməsi, daxili nizam-intizam qaydalarına dəqiq əməl olunması.
Sizdən nə gözləyirik?
* Yaş və Görünüş: 20 – 35 yaş aralığı | Xoş və səliqəli xarici görünüş (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil, tam ştatlı işdir);
* Sürücülük təcrübəsi və Kateqoriya: Minimum 1 il sürücülük təcrübəsi; B və C kateqoriyalı sürücülük vəsiqəsi (Ford Transit markalı avtomobilləri idarə etmək bacarığına malik namizədlərə üstünlük verilir);
* Ərazi bilikləri: Bakı şəhərini və yollarını yaxşı tanımaq;
* Şəxsi keyfiyyətlər: Dəqiqlik, dürüstlük, məsuliyyət, diqqətlilik, səlis nitq və kollektivdə işləmək bacarığı.
İş şəraiti və təminatlar:
* Ünvan: Binəqədi şossesi, Polis Bölməsindən sonra (Binəqədi Bravo SM yaxınlığı);
* İş qrafiki: Həftənin 6 günü (Bazar ertəsi – Cümə: standart saatlar, Şənbə günü qısa iş günü: 09:00 – 15:00; Bazar günü istirahət);
* Rəsmiləşmə: AR Qanunvericiliyinə uyğun olaraq tam rəsmi əmək qeydiyyatı;
* Əməkhaqqı: Başlanğıc aylıq məvacib 700 AZN təşkil edir.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq vəzifə adını yazaraq şirkətin rəsmi elektron poçt ünvanına göndərə bilərsiniz.
Müraciət üçün əlaqə vasitəsi: